Icma.az
close
up
RU
Azərbaycan hər kəsi öz adı ilə çağırma gücünə və iradəsinə malikdir ŞƏRH AZƏRTAC

Azərbaycan hər kəsi öz adı ilə çağırma gücünə və iradəsinə malikdir ŞƏRH AZƏRTAC

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 13 yanvar, AZƏRTAC

Tarix və baş verən hadisələr sübut edir ki, dövlətlərin irəliləməsində və ya geriləməsində əhəmiyyətli rola malik amil məhz liderdir. Əhəmiyyətli digər məsələ də odur ki, rəhbər hər zaman və hər şəraitdə necə ünsiyyət qurmalı olduğuna diqqət yetirməlidir. Şifahi ünsiyyət, sadəcə, sadə danışmaq deyil, sözləri necə seçmək, eləcə də davranış, bəzən isə sözlərin yerinə jest və mimikaların da danışması baxımından görünən qeyri-verbal ünsiyyətə də diqqət yetirilməlidir. Bu, liderin təsviri keyfiyyətidir. Yürüdülən siyasətin keyfiyyəti isə müsahibə zamanı məzmuna diqqətlə nəzər yetirdiyin, onu analiz etdiyin zaman anlaşılır. Belə ki, bu keyfiyyət səbəb-nəticə əlaqəsinin özünü doğrultmasına, qazandırdığı dividentlərə görə bəlli olur. Vurğulanmalı prioritet məsələ odur ki, Azərbaycan Prezidenti İlham Əliyevin yerli telekanallara müsahibəsi mesajı göndərən və qəbul edənlər arasında qarşılıqlı anlaşma olduğundan bir daha xəbər verdi. Yəni, "Mən də bilirəm ki, arxamda Azərbaycan xalqı dayanır" fikri xudbin insanların və bədbin fikirlərin dövriyyəyə buraxılmağa cəhd edildiyi bir zamanda möhkəm qalxan oldu.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova söyləyib.

Politoloq qeyd edib ki, müsahibə həm də empirik məlumat kimi qəbul olundu. Dövlətimizin başçımızın D-8-ə üzvlük üçün illərlə aparılan ardıcıl siyasəti vurğulaması, bundan sonra təşkilat çərçivəsində fəal siyasətin yürüdüləcəyi, müsəlman rəhbərlərin təşkilatlarda dəstəklənəcəyi fikirlərinin səsləndirilməsi Azərbaycanın qlobal siyasi arenaya çoxdan çıxdığından xəbər verir. Dünya liderləri də qəbul edirlər ki, qlobal siyasətdə məhz Prezident İlham Əliyev kimi görkəmli diplomata zərurət var. Dövlətimizin başçısının müsahibəsi həm də reallığı üzə çıxaran, onu yaradan qüvvədir. Ona görədir ki, Prezident İlham Əliyev Qərb siyasətini tənqid edərkən heç nəyə və heç kimə deyil, məhz supergücün liderinin Qərb siyasətini tənqid etməsinə, Qərbin deqradasiyasına diqqəti çəkir. Müsahibə kənar sosial qüvvələri üzə çıxarmaq üsulu baxımından da son dərəcə önəmli idi. Buna görədir ki, dövlətimizin başçısı Qərb təşkilatlarını azərbaycanlı gənclərin beynini yumasında haqlı olaraq ittiham edir, onları əsas günahkar kimi görür. Odur ki, kənar meyillərin cəmiyyətə sızmasının sərhədlərini aşkar etmək üçün əlavə səylər göstərilməlidir. Bu, bizim birgə səylərimiz, ümummilli məsələmiz olmalıdır.

“Müsahibə zamanı Ermənistanın, Fransanın pozucu əməllərinin nəticəsi olaraq Cənubi Qafqazdan sülhün bilərəkdən uzaqlaşdırıldığı, sadəcə, Azərbaycana, Ermənistana və regiona deyil, bütövlükdə bütün dünyaya bir daha məlum oldu. Hər halda, tarixdə ilk dəfə olaraq Amerika, Avropa İttifaqı və Ermənistan olmaqla çox qəribə bir əməkdaşlıq platformasının yaradılması hər sualın cavabı, müəmmanın, pozucu cəhdin mövcudluğunun əsasıdır. Müsahibə bir daha Azərbaycanın konstruktiv siyasətini, dövlətimizin başçısının əməkdaşlığa açıq olduğunu göstərdisə, digər tərəfdən də bir Lider kimi təvazökarlıq, dürüstlük və ən əsası, heç nədən və heç kimdən çəkinmədən haqlı mühakimə yürütmək qabiliyyətinə malik olduğunu nümayiş etdirdi. Azərbaycan artıq hər şeyi və hər kəsi öz adı ilə çağırma gücünə, reallığına və iradəsinə malikdir. Bunu yaradan isə Müzəffər Liderimizdir”, - deyə Ş.Həsənova vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Yanvar 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see376

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see345

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see337

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see308

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see304

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see283

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see253

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see248

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see234

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see225

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see213

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see206

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see205

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see203

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see197

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see195

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see195

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see193

Evdə stress yaradan 5 şey

10 Noyabr 2026 01:03see181

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri