Azərbaycan hər şeyi sıfırdan başlamalı oldu ŞƏRH EDİLDİ | Icma.az
Icma.az, Sia Az portalına istinadən məlumat verir. "Torpaqlarımız işğal altında olanda belə, Azərbaycan həmin torpaqlara qayıdacağına və ins
Bunun üçün o dövrlərdə belə "Böyük Qayıdış" planı hazırlanmışdı.
Nəyin, nə vaxtdan sonra hansı vasitələrlə ediləcəyi əvvəlcədən hesablanmışdı".
Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, 2020-ci ildə 44 günlük Vətən müharibəsindən sonra məhz bu plana əsasən işlər həyata keçirilməyə başlandı: "Görüləcək işlər müəyyənləşdirildi, vəziyyət öyrənildi, torpaqlar minalardan təmizlənməyə başlandı, kommunikasiyalar bərpa edildi.
Məlum oldu ki, ermənilər işğal edilmiş torpaqları tamamilə viran qoyublar.
Kommunikasiyalar dağıdılıb, oğurlanıb, evlər sökülərək daşları, ev əşyaları ilə birlikdə harasa aparılıb və bir sözlə, yaşayış qeyri-mümkün vəziyyətdə olub.
Hətta ermənilərin özlərinin yaşadığı məskənlər belə çox viran gündə idi. Azərbaycan hər şeyi yenidən sıfırdan başlamalı oldu.
Tam oxu
Xəbəri oxu