Icma.az
close
up
RU
Azərbaycan hər şeyi sıfırdan başlamalı oldu ŞƏRH EDİLDİ

Azərbaycan hər şeyi sıfırdan başlamalı oldu ŞƏRH EDİLDİ

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

"Torpaqlarımız işğal altında olanda belə, Azərbaycan həmin torpaqlara qayıdacağına və insanlarımızın gündəlik həyatını təşkil edəcəyinə ümidini itirmirdi. Bunun üçün o dövrlərdə belə "Böyük Qayıdış" planı hazırlanmışdı. Nəyin, nə vaxtdan sonra hansı vasitələrlə ediləcəyi əvvəlcədən hesablanmışdı". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, 2020-ci ildə 44 günlük Vətən müharibəsindən sonra məhz bu plana əsasən işlər həyata keçirilməyə başlandı: "Görüləcək işlər müəyyənləşdirildi, vəziyyət öyrənildi, torpaqlar minalardan təmizlənməyə başlandı, kommunikasiyalar bərpa edildi. Məlum oldu ki, ermənilər işğal edilmiş torpaqları tamamilə viran qoyublar. Kommunikasiyalar dağıdılıb, oğurlanıb, evlər sökülərək daşları, ev əşyaları ilə birlikdə harasa aparılıb və bir sözlə, yaşayış qeyri-mümkün vəziyyətdə olub. Hətta ermənilərin özlərinin yaşadığı məskənlər belə çox viran gündə idi.

Azərbaycan hər şeyi yenidən sıfırdan başlamalı oldu. Görülən işlər nəticəsində qısa zamanda Zəngilanın Ağalı kəndinə qayıdış başlandı və hal-hazırda ondan çox şəhər və kəndə insanlar geri qayıdır.

Hazırda işləyənlərlə birlikdə işğaldan azad olunan ərazilərdə 50 min insan yaşayır və hər gün demək olar ki, artıq məskunlaşmış və yeni açılan yaşayış məskənlərinə insanlarımızın geri qayıtdığını görürük. Bütün bunlar planlı şəkildə həyata keçirilir. İnsanlara dövlət hesabına tikilmiş mənzillər verilir, onlar üçün iş yerləri yaradılır, təsərrüfat və biznes qurmaq üçün imkanlar təqdim olunur. Görünən odur ki, keçmiş məcburi köçkünlər doğma torpaqlarına böyük həvəslə qayıdırlar. Həyat qaynayır. Eyni zamanda həmin ərazilər beynəlxalq tədbirlərin keçirildiyi bir regiona çevrilib. Bu günlərdə Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının sammitinin yüksək səviyyədə keçirilməsi də bu qayıdışın bir nümunəsi oldu. Və biz hər dəfədən daha çox insanın həmin ərazilərdə yaşadığını və yaranan şəraitin nümunəvi olduğunu görəcəyik".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://sia.az
archiveBu xəbər 08 İyul 2025 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see375

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see363

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see303

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see285

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see257

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see257

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see245

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see243

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see233

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see225

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see219

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see218

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see205

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see196

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see180

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see179

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see179

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see172

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see166

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri