Oxu.az saytına istinadən Icma.az xəbər verir. Azərbaycan idmançılarının iştirak edəcəyi beynəlxalq yarışlar üzrə həftənin idman afişası açıq
Oxu.Az xəbər verir ki, dekabrın 2-8-də müxtəlif idman növləri üzrə yarışlar təşkil olunacaq.
Cüdo üzrə kişilər arasında Böyük Dəbilqə və BTMT - 30 noyabr - 6 dekabr (Yaponiya, Tokio); Qılıncoynatma (sablya) üzrə qadınlar arasında Qran-Pri - 3-7 dekabr (Fransa, Orlean); Ağırlıqqaldırma üzrə kişilər və qadınlar arasında dünya çempionatı - 4-14 dekabr (Bəhreyn, Manama); Stolüstü tennis üzrə "Finlandiya Open" - 5-8 dekabr (Finlandiya); Dresaj üzrə Maksima masters Avrasiya ulduzları - 5-8 dekabr (Rusiya); WKF üzrə gənclərin liqa turniri - 5-8 dekabr (İtaliya, Venesiya); Şahmat (rapid və blits) üzrə kişilər və qadınlar arasında Avropa çempionatı - 6-11 dekabr (Makedoniya); MMA üzrə dünya çempionatı (uşaqlar, yeniyetmələr, gənclər və böyüklər) - 6-12 dekabr (İndoneziya); Atletika (kros qaçışı) üzrə Avropa çempionatı - 8 dekabr (Türkiyə, Antalya); Qılıncoynatma (şpaqa) üzrə "Cadet Cirkuit" (yeniyetmə oğlanlar, qızlar) - 7-8 dekabr (Danimarka, Kopenhagen); Taekvondo üzrə Böyük Dəbilqə turniri - 7-8 dekabr (Çin, Usi).
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.