Azərbaycan idmançılarının dekabr ayında iştirak edəcəyi beynəlxalq yarışların cədvəli açıqlanıb
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan idmançılarının iştirak edəcəyi beynəlxalq yarışlar üzrə həftənin idman afişası açıqlanıb.
Oxu.Az xəbər verir ki, dekabrın 2-8-də müxtəlif idman növləri üzrə yarışlar təşkil olunacaq.
Cüdo üzrə kişilər arasında Böyük Dəbilqə və BTMT - 30 noyabr - 6 dekabr (Yaponiya, Tokio);
Qılıncoynatma (sablya) üzrə qadınlar arasında Qran-Pri - 3-7 dekabr (Fransa, Orlean);
Ağırlıqqaldırma üzrə kişilər və qadınlar arasında dünya çempionatı - 4-14 dekabr (Bəhreyn, Manama);
Stolüstü tennis üzrə "Finlandiya Open" - 5-8 dekabr (Finlandiya);
Dresaj üzrə Maksima masters Avrasiya ulduzları - 5-8 dekabr (Rusiya);
WKF üzrə gənclərin liqa turniri - 5-8 dekabr (İtaliya, Venesiya);
Şahmat (rapid və blits) üzrə kişilər və qadınlar arasında Avropa çempionatı - 6-11 dekabr (Makedoniya);
MMA üzrə dünya çempionatı (uşaqlar, yeniyetmələr, gənclər və böyüklər) - 6-12 dekabr (İndoneziya);
Atletika (kros qaçışı) üzrə Avropa çempionatı - 8 dekabr (Türkiyə, Antalya);
Qılıncoynatma (şpaqa) üzrə "Cadet Cirkuit" (yeniyetmə oğlanlar, qızlar) - 7-8 dekabr (Danimarka, Kopenhagen);
Taekvondo üzrə Böyük Dəbilqə turniri - 7-8 dekabr (Çin, Usi).
Baxış sayı:92
Bu xəbər 03 Dekabr 2024 12:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















