Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) yeni rəhbər heyəti müəyyənləşib.
MOK-un fevralın 18-də keçirilən IX Hesabat-seçki baş məclisində Azərbaycan Prezidenti İlham Əliyev yenidən növbəti 4 il müddətinə Milli Olimpiya Komitəsinin prezidenti seçilib.
Baş məclisdə, həmçinin İcraiyyə Komitəsinin və Təftiş Komissiyasının üzvlüyünə də seçkilər keçirilib.
Prezident İlham Əliyev, eyni zamanda, Azər Əliyev, Çingiz Hüseynzadə, Zemfira Meftahətdinova, Fərid Mansurov, Elnur Məmmədli, Faiq Qarayev, Alla Həsənova, Nazim Hüseynov və Namiq Abdullayev MOK-un İcraiyyə Komitəsinin üzvləri seçiliblər.
Yüksək səviyyədə doğrulan ümidlər Prezident İlham Əliyevin yenidən MOK-un prezidenti seçilməsi təsadüfi deyil.
Bu seçimin arxasında Onun qurumun rəhbəri kimi çalışdığı illərdə ölkənin idman ictimaiyyətinin etimadını yüksək səviyyədə doğrultması amili dayanır.
İlham Əliyev MOK-un prezidenti vəzifəsinə ilk dəfə 1997-ci il 31 iyul tarixində seçilib.