Icma.az
close
up
RU
Azərbaycan idmanının inkişafında yeni mərhələ

Azərbaycan idmanının inkişafında yeni mərhələ

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) yeni rəhbər heyəti müəyyənləşib. MOK-un fevralın 18-də keçirilən IX Hesabat-seçki baş məclisində Azərbaycan Prezidenti İlham Əliyev yenidən növbəti 4 il müddətinə  Milli Olimpiya Komitəsinin  prezidenti seçilib. Baş məclisdə, həmçinin İcraiyyə Komitəsinin və Təftiş Komissiyasının üzvlüyünə də seçkilər keçirilib. Prezident İlham Əliyev, eyni zamanda, Azər Əliyev, Çingiz Hüseynzadə, Zemfira Meftahətdinova, Fərid Mansurov, Elnur Məmmədli, Faiq Qarayev, Alla Həsənova, Nazim Hüseynov və Namiq Abdullayev MOK-un İcraiyyə Komitəsinin üzvləri seçiliblər.

Yüksək səviyyədə doğrulan ümidlər

Prezident İlham Əliyevin yenidən MOK-un prezidenti seçilməsi təsadüfi deyil. Bu seçimin arxasında Onun qurumun rəhbəri kimi çalışdığı illərdə ölkənin idman ictimaiyyətinin etimadını yüksək səviyyədə doğrultması amili dayanır. İlham Əliyev MOK-un prezidenti vəzifəsinə ilk dəfə 1997-ci il 31 iyul tarixində seçilib. Həmin tarixədək İlham Əliyevin müxtəlif sahələrdə qazandığı uğurlar idman ictimaiyyətində belə bir yüksək inam formalaşdırmışdı ki, məhz O, Azərbaycan idmanını yeni uğurlara daşıyacaq. Öz növbəsində İlham Əliyev Ona bəslənən ümidləri yüksək səviyyədə doğruldub.

1992-ci ildə yaradılan Milli Olimpiya Komitəsinin ötən dövrdəki fəaliyyətinə nəzər saldıqda keçilən yolu fərqli mərhələlərə bölə bilərik. Müstəqilliyimizin ilk illərində ölkədə digər sahələr kimi, idman da, necə deyərlər, gözdən-könüldən uzaq düşmüşdü. Belə ögey münasibət öz növbəsində idmançılarda ruh düşkünlüyü yaradırdı.

İlham Əliyevin MOK-un prezidenti seçilməsindən sonra qurumun fəaliyyətində yeni mərhələ başladı. MOK-un yeni rəhbərinin milli təəssübkeşliyi, perspektivli idmançılara böyük qayğı ilə yanaşması, klubların, federasiyaların maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir idman infrastrukturunun qurulması,  Bakının qəsəbələrində və regionlarda İdman-Olimpiya komplekslərinin inşası bütövlükdə ölkənin idman həyatında yüksəliş dalğası yaradıb.

Dünya idman ictimaiyyətinin artan inamı

Bütün ölkə üzrə müasir idman infrastrukturunun qurulmasının, müxtəlif idman növləri üzrə beynəlxalq səviyyəli yarışlara qatılan gənclərimizin sayının artmasının və onların müxtəlif turnirləri qələbə ilə başa vurmalarının məntiqi nəticəsi olaraq  dünya idman ictimaiyyətinin respublikamıza böyük inamı yaranıb. Təkcə belə bir faktı vurğulamaq yerinə düşər ki, son illərdə ölkəmizdə Avropa və Dünya çempionatlarının keçirilməsi adi hala çevrilib. 2015-ci ilin yayında Azərbaycan Birinci Avropa Oyunlarının keçirilməsində çox yüksək standartlar müəyyənləşdirdi. Respublikamız bütün dünyada məşhur olan və böyük tamaşaçı auditoriyasına malik “Formula-1” yarışlarına uğurla ev sahibliyi edir. 2017-ci ilin birinci yarısında ölkəmizdə İslam Həmrəyliyi Oyunları keçirilib.

Ümumiyyətlə, respublikamızda keçirilən və keçiriləcək mötəbər beynəlxalq yarışların siyahısı kifayət qədər uzundur. 2025-ci ildə ölkəmiz daha bir mötəbər turnirə - III MDB Oyunlarına ev sahibliyi edəcək. Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncam əsasında 2025-ci ilin oktyabr ayında Azərbaycanda III MDB Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsi yaradılıb və hazırda Oyunlara hazırlıq işləri cədvəl üzrə davam etdirlir.

Hesabat dövrünün böyük uğurları

Baş məclisdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə qurumun 2022-2024-cü illərdəki fəaliyyəti haqqında hesabat-məruzə ilə çıxış edib. O, iqtisadi və digər sahələrdə inkişaf sürətinə görə regionun lider dövləti olan Azərbaycanın bütün dünyada idman ölkəsi kimi tanındığını bildirib.

Çingiz Hüseynzadə hesabat dövründə Azərbaycanın idman tarixində bir sıra uğurlu hadisələrin baş verdiyini diqqətə çatdıraraq, MOK-un gördüyü işlərin miqyasına görə çox əhatəli olduğunu, əldə edilmiş nailiyyətlərin həm keyfiyyətinə, həm də kəmiyyətinə görə yüksək səviyyəyə qalxdığını qeyd edib. “Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrindəki inkişafının əsası dövlət başçısının uzaqgörən siyasətinin nəticəsi olduğu kimi, Olimpiya Hərəkatı və idmandakı uğurlarımız da Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin adı ilə bağlıdır. Hesabat dövründə ölkəmizin Olimpiya və idman həyatında bir sıra olduqca əlamətdar tarixi hadisələr baş verib. Azərbaycan Parisdə keçirilmiş Yay Olimpiya Oyunlarında qazanılmış 7 (2 qızıl, 2 gümüş, 3 bürünc) medalla ümumi komanda hesabında 30-cu yeri tutub”, - deyə Çingiz Hüseynzadə bildirib.

Mübariz ABDULLAYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 20 Fevral 2025 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see315

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see279

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see270

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see269

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see261

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see255

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see250

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see237

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see225

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see224

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see219

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see217

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see206

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see194

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see191

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see190

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see180

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see179

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see178

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri