Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq. Dünyada idman ölkəsi kimi tanınan Azərbaycan beynəlxalq idman arenasında özünə layiqli
Beynəlxalq yarışlarda iştirakı, eləcə də beynəlxalq yarışlara ev sahibliyi etməsi ilə ölkəmiz böyük imicə sahibdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkənin bütün sahələrində olduğu kimi, idman sahəsində də kompleks tədbirlərin həyata keçirilməsi nailiyyətlərin qazanılmasına səbəb olmuşdur.
İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, o cümlədən mövcud idman qurğularının qorunub saxlanılması, yenidən qurulması, beynəlxalq standartlara uyğun yeni stadionların, Olimpiya İdman komplekslərinin tikilib istifadəyə verilməsinə bu sahənin inkişafına yönəldilmişdir.
Azərbaycan mötəbər idman tədbirləri üçün beynəlxalq məkana çevrildikcə beynəlxalq nüfuzu da artır.
İlk Avropa Oyunlarının Azərbaycanda təşkili onun dünyada tanıdılmasında mühüm rol oynamaqla yanaşı, beynəlxalq idman hərəkatının öncüllərindən olduğunu göstərdi.
2015-ci ildə ilk Avropa Oyunları və 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirilməsi ölkəmizin necə güclü potensiala malik olduğunu nümayiş etdirdi.
Azərbaycanın ev sahibliyi etdiyi 500 milyonluq auditoriyaya malik Formula 1 yarışları beynəlxalq tədbirlər məkanı olan ölkəmizin təzahürüdür.