Icma.az
close
up
RU
Azərbaycan III MDB Oyunlarına hazırlaşır

Azərbaycan III MDB Oyunlarına hazırlaşır

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Dünyada idman ölkəsi kimi tanınan Azərbaycan beynəlxalq idman arenasında özünə layiqli yer tutub. Beynəlxalq yarışlarda iştirakı, eləcə də beynəlxalq yarışlara ev sahibliyi etməsi ilə ölkəmiz böyük imicə sahibdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkənin bütün sahələrində olduğu kimi, idman sahəsində də kompleks tədbirlərin həyata keçirilməsi nailiyyətlərin qazanılmasına səbəb olmuşdur. İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, o cümlədən mövcud idman qurğularının qorunub saxlanılması, yenidən qurulması, beynəlxalq standartlara uyğun yeni stadionların, Olimpiya İdman komplekslərinin tikilib istifadəyə verilməsinə bu sahənin inkişafına yönəldilmişdir. Azərbaycan mötəbər idman tədbirləri üçün beynəlxalq məkana çevrildikcə beynəlxalq nüfuzu da artır. İlk Avropa Oyunlarının Azərbaycanda təşkili onun dünyada tanıdılmasında mühüm rol oynamaqla yanaşı, beynəlxalq idman hərəkatının öncüllərindən olduğunu göstərdi. 2015-ci ildə ilk Avropa Oyunları və 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirilməsi ölkəmizin necə güclü potensiala malik olduğunu nümayiş etdirdi. Azərbaycanın ev sahibliyi etdiyi 500 milyonluq auditoriyaya malik Formula 1 yarışları beynəlxalq tədbirlər məkanı olan ölkəmizin təzahürüdür. Əlbəttə ki, bu gün ölkəmizin idman infrastrukturu istənilən beynəlxalq yarışın keçirilməsi üçün böyük imkanlar yaradıb. Milli Gimnastika Arenası, Bakı Olimpiya Stadionu, Bakı İdman Sarayı, Heydər Əliyev adına İdman Konsert Kompleksi, Su İdman Sarayı, Bakı Avropa Oyunları Parkı, Bakı Atıcılıq Mərkəzi və digər möhtəşəm idman qurğuları çoxfunksiyalılığı ilə seçilir.

İrimiqyaslı tədbirləri, yarışları keçirməkdə böyük təcrübəyə malik olan Azərbaycan daha bir beynəlxalq tədbirə ev sahibliyi edəcəkdir. Belə ki, Azərbaycan III MDB Oyunlarına ev sahibliyi edəcəkdir.

Azərbaycan Prezidenti İlham Əliyev "III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 iyul tarixli 198 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

AZƏRBAYCANIN ƏN BÖYÜK KLUB STADİONU

Üçüncü MDB Oyunları bu il Gəncədə təşkil olunacaqdır. "Bunun üçün 14 şəhər seçilibdir və əsas oyunlar Gəncə şəhərində keçiriləcək. Gəncə şəhəri MDB Oyunlarının mərkəzi olacaq" – deyə Prezident çıxışlarının birində bildirmişdir. Bildiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Gəncə şəhər stadionunun yenidən qurulması işlərinin layihələndirilməsi və həyata keçirilməsi məqsədilə "Gəncə şəhər stadionunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalamışdır. Gəncə şəhər stadionu Azərbaycanın ən böyük klub stadionudur. Stadion 1959-cu ildə tikilərək istifadəyə verilib. Burada bir sıra məşhur oyunlar keçirilib. Azərbaycan Premyer-liqasının 2015-2016-cı il mövsümündə tamaşaçı sayında rekord vuran "Kəpəz" futbol klubunun çempionat ərzində 18 ev oyununu Gəncə şəhər stadionundan 240 min 650 azarkeş izləyib. Ən çox tamaşaçı 2016-cı il fevralın 14-də XXI turda keçirilən "Kəpəz" - "Qarabağ" görüşündə qeydə alınıb – 20 min 400 tamaşaçı. Üçüncü MDB Oyunlarında 7 min idmançının iştirakı gözlənilir. Dövlət başçısının bildirdiyi kimi, "Əgər biz 2015-ci ilin Avropa Oyunları ilə müqayisə etsək, o vaxt təqribən 5000-5500 iştirakçı var idi". Gəncə şəhərində Üçüncü MDB Oyunlarında 7000 iştirakçı, onların komandaları, heyətlərini qəbul etmək şərait yaradılmalıdır. "Həm şəhər infrastrukturu yenilənəcək, şəhər nəqliyyatı tamamilə yenilənəcək, tarixi binaların bərpası və digər infrastruktur layihələrimiz icra ediləcək ki, bizim qədim şəhərimiz olan, Nizami yurdu olan Gəncə bütün MDB məkanına və daha geniş coğrafiyaya öz gözəlliyini, eyni zamanda, tarixi simasını və müasirliyini təqdim etsin. Əlbəttə ki, biz təbii olaraq bu Oyunlara da hazırlaşırıq. Əminəm ki, bu Oyunların ev sahibi kimi Azərbaycan idmançıları, gənc idmançılar yaxşı nəticələr göstərəcəklər", - deyə Prezident bildirib.

BEYNƏLXALQ YARIŞLARDA QAZANILAN QƏLƏBƏ

Müstəqil Azərbaycan Respublikasında dövlətin qarşısında duran tarixi vəzifələrin yerinə yetirilməsi, o cümlədən dövlətçiliyin, iqtisadiyyatın və sosial sahələrin inkişafı və möhkəmləndirilməsi, gənclərin əməyə və vətənin müdafiəsinə hazırlanması kimi məsələlərin həllinin təmin edilməsində bədən tərbiyəsi və idmanın gündəlik həyatımıza daxil edilməsi hazırkı dövrdə aktual məsələlərdən biridir. Dövlət başçısının idmanın inkişafı istiqamətində həyata keçirdiyi siyasət, bədən tərbiyəsinin və idmanın inkişafı ölkəmizin ümumi inkişaf siyasətinin tərkib hissəsini təşkil edir. Digər tərəfdən idmanın inkişafı ölkənin nüfuzu, beynəlxalq aləmdə tanınmasıdır. Azərbaycan idmançıları qazandıqları nailiyyətlərlə ölkəmizin dünyada idman ölkəsi kimi mövqelərini daha da möhkəmləndirir. Azərbaycanda idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılmasına da xüsusi diqqət yetirilir. Dünyada idman ölkəsi kimi tanınan Azərbaycan beynəlxalq idman arenasında özünə layiqli yer tutub. Regionlarda idmanın inkişafı, bölgələrdə yaşayan gənclərin sağlam həyat tərzi sürmələri, onların idmanla sərbəst məşğul olmaları üçün Olimpiya İdman kompleksləri mühüm rol oynayır. Dövlət başçısının bu sahəyə diqqətlə yanaşması, idmançıların qayğı və problemləri ilə yaxından maraqlanması ölkədə idmanın kütləviləşməsinə, gənc nəslin bu sahəyə sürətli axınına şərait yaradıb. Azərbaycanın idman sahəsində qazandığı nailiyyətlər, dünya və Avropa çempionatlarında idmançılarımızın qazandığı medallar və mükafatlar ölkəmizin beynəlxalq idman təşkilatlarında da mövqeyinin xeyli güclənməsinə səbəb olub və Azərbaycanı dünyaya əsl idman ölkəsi kimi tanıdıb. Beynəlxalq yarışlarda qələbə qazanan gənc idmançıların layiqincə qiymətləndirilməsi də onların yeni uğurlarında mühüm rol oynayır. Azərbaycanın "Rio-2016" XXXI Yay Olimpiya Oyunlarında 18 medal qazanaraq 14-cü yerdə qərarlaşması bu sahəyə göstərilən diqqət və qayğının bariz nümunəsi idi. Bundan başqa, milli komandamızın ölkəmizdə yüksək səviyyədə keçirilən "Bakı-2015" birinci Avropa Oyunlarında ikinci, "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında birinci yeri tutması, 2018-ci ildə şahmatçılarımızın üçüncü dəfə Avropa çempionu olmaları Azərbaycan gənclərinin son illərdə idman sahəsində qazandıqları uğurların əyani göstəriciləridir. Azərbaycanın idman sahəsində daha bir mötəbər uğuru 2019-cu il iyulunda Bakıda keçirilmiş XV Avropa Gənclər Olimpiya Festivalında əldə edilib. Bu festivalı ən yüksək səviyyədə təşkil etməklə yanaşı, idmançılarımız da parlaq qələbələr qazanıblar. Festivalda 10 qızıl, 7 gümüş və 6 bürünc medal qazanan komandamız dördüncü pillədə qərarlaşıb.

GƏNCƏ YENİ İNKİŞAF DÖVRÜNDƏ

Özünün ictimai-siyasi, sosial-iqtisadi həyatında uğurlar əldə edən Azərbaycan dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur. Sosial, iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə əldə edilən yüksək göstəricilər və nəticələr ölkəmizin qüdrətini daha da artırır. Bu nailiyyətlər müstəqil dövlətimizin sürətli inkişafına təkan verən uzaqgörənliklə hazırlanmış inkişaf strategiyasının uğurlu tətbiqinin nəticəsidir. Müasir Azərbaycan dövlətinin Qurucusu, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi Azərbaycanın qarşısında böyük imkanlar açır.

Azərbaycan Prezidenti Cənab İlham Əliyev tərəfindən regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, layihələr, aparılan uğurlu islahatlar bütün bölgələrimizin inkişafına, müasirləşməsinə səbəb olub. Azərbaycanın hər yerində olduğu kimi, bu gün qədim tarixə malik olan Gəncə də yeni inkişaf dövrünü yaşayır. Gəncə Azərbaycanın qədimliklə müasirliyi, Şərq memarlıq üslubu ilə Qərb modernizmini üzvi şəkildə birləşdirən şəhərlərindən birinə çevrilib. Yeni yollar salınır, infrastruktur layihələr reallaşır, yeni parklar yaradılır. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə Gəncəyə dəfələrlə səfər etməsi onun inkişafına müsbət təsirini göstərib. Dövlət səviyyəsində göstərilən diqqət və qayğının nəticəsidir ki, şəhər inkişaf edir. Şəhərdə həyata keçirilən tədbirlər nəticəsində yeni tikililərlə yanaşı, qədim, tarixi abidələr yenidən bərpa edilir. Bu gün yeni inkişaf dövrünü yaşayan Gəncədə sosial məsələlər öz həllini tapıb, infrastruktur yenilənib, şəhərdə abadlıq-quruculuq işləri aparılıb. Belə ki, asfalt yolları, müasir məktəbləri, poliklinikaları var, qazlaşdırma, enerji ilə təminat 100 faizdir. "Son illərdə biz Gəncənin əsas infrastruktur layihələrini icra etməyə çalışdıq və bu layihələrin böyük əksəriyyəti öz həllini tapdı", - deyən Cənab Prezident bildirib ki, elektrik enerjisi ilə təchizat tam öz həllini tapmışdır: "Gəncədə 10 yarımstansiya həm yenidən tikilib, həm də əsaslı təmir edilib. Onların enerji istehsalı gücü 220 meqavatdır, şəhərin tələbatını tam ödəyir. Eyni zamanda, şəhərin artan tələbatı, o cümlədən sənaye potensialı da nəzərə alınacaqdır". Avtomobil yollarının çəkilişinə gəldikdə isə artıq Bakı-Gəncə avtomobil yolu, eləcə də Gəncə-Qazax-Gürcüstan sərhədi yolunun çəkilişi başa çatıb.

Belə bir inkişaf yolu keçən Gəncə beynəlxalq tədbirə ev sahibliyi edəcəkdir.

Zümrüd BAYRAMOVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Aprel 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropa ölkələrinin yeraltı anbarlarında qazın həcmi 71 mlrd. kubmetri ötüb

22 İyul 2025 14:02see194

Bu saatlarda gəzinti xərçəng riskini azaldır

23 İyul 2025 01:01see147

Zəngəzur dəhlizi: İrəvan fürsəti niyə əldən verir?

23 İyul 2025 10:01see136

Qızmar Günəş altında: İşçilərdən şikayət var?

22 İyul 2025 20:37see133

İşə getməyə həvəsi olmayanları müalicə edəcəklər

22 İyul 2025 19:29see132

Günün qoroskopu: ruhunuz narahat ola bilər

23 İyul 2025 00:02see130

AMB uçot dərəcəsini azaldıb

23 İyul 2025 10:14see130

Rusiyalı məşhur reper psixiatriya xəstəxanasına yerləşdirildi

22 İyul 2025 16:09see127

Sülh yaxındır, müdaxilə yersizdir: Zəngəzur Azərbaycanın iradəsi ilə açılacaq

22 İyul 2025 10:33see126

Şörzingerin Azərbaycanca öyrəndiyi söz…

24 İyul 2025 01:29see126

Bu kuba baş məsqçi təyin olundu

23 İyul 2025 16:25see126

ABŞ nin də iştirakı ilə Bakıda iki ölkə arasında danışıqlar aparılacaq

23 İyul 2025 10:50see125

Şəmkirdə 15 yaşlı qızın ehtiyatsızlığı faciə ilə nəticələndi

24 İyul 2025 01:38see124

İllər əvvəl Vağzalı ilə gəlin köçən azərbaycanlı məşhurlar FOTO

23 İyul 2025 00:16see124

reklamlarla satdıqları ehtiyat hissələrinin saxtalığını ört basdır edir EKSPERT VİDEO

22 İyul 2025 19:00see124

Kürdəmirdə 8 nəfər qidadan zəhərlənib

23 İyul 2025 03:45see123

General Motors un mənfəəti Trampın tariflərinə görə üç ayda 1 milyard dollardan çox azalıb

23 İyul 2025 03:40see123

Kilsə “başını kəsin” deyir: Ermənistan baş nazirinin həyatı təhlükə altındadır

22 İyul 2025 10:42see121

Qurban Qurbanov: Qələbəni unudub cavab oyununa ciddi hazırlaşacağıq

24 İyul 2025 01:30see119

Şimali Makedoniyada meşə yanğınları baş verib

22 İyul 2025 20:27see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri