Azərbaycan iki ölkədən kömür tədarükünü bərpa edib

05.03.2026

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Ötən il Azərbaycan 3,9 milyon ABŞ dolları dəyərində 21 min 709 ton kömür (antrasit, bitumlaşmış və digər) idxal edib.

"Cebheinfo.az"ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisindən dəyər ifadəsində 1,7 % çox, kəmiyyət olaraq – 2 % azdır.

Hesabat dövründə Azərbaycan Rusiyadan 3,7 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 4 % az) 20 min 348 ton (-8 %), Qazaxıstandan 170,5 min ABŞ dolları dəyərində 1 min 306 ton, Türkiyədən 56 min ABŞ dolları dəyərində (+5 dəfə) 55 ton (+12 dəfə) və Böyük Britaniyadan 0,1 min ABŞ dolları dəyərində 0,01 ton kömür alıb.

Azərbaycan 7 il 3 aylıq fasilənin ardından Qazaxıstandan və 2 il 3 aydan sonra Böyük Britaniyadan kömür tədarükünü bərpa edib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью