Azərbaycan iki ölkədən kömür tədarükünü bərpa edib
Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
Ötən il Azərbaycan 3,9 milyon ABŞ dolları dəyərində 21 min 709 ton kömür (antrasit, bitumlaşmış və digər) idxal edib.
"Cebheinfo.az"ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisindən dəyər ifadəsində 1,7 % çox, kəmiyyət olaraq – 2 % azdır.
Hesabat dövründə Azərbaycan Rusiyadan 3,7 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 4 % az) 20 min 348 ton (-8 %), Qazaxıstandan 170,5 min ABŞ dolları dəyərində 1 min 306 ton, Türkiyədən 56 min ABŞ dolları dəyərində (+5 dəfə) 55 ton (+12 dəfə) və Böyük Britaniyadan 0,1 min ABŞ dolları dəyərində 0,01 ton kömür alıb.
Azərbaycan 7 il 3 aylıq fasilənin ardından Qazaxıstandan və 2 il 3 aydan sonra Böyük Britaniyadan kömür tədarükünü bərpa edib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 05 Mart 2026 19:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















