Azərbaycan ilə Qazaxıstan arasında münasibətlər qarşılıqlı etimada və ortaq strateji maraq…
Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Müasir beynəlxalq münasibətlər sistemində xalqlar arasında tarixi, mədəni və mənəvi əlaqələrə əsaslanan tərəfdaşlıqlar xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan ilə Qazaxıstan arasında formalaşmış çoxşaxəli əlaqələr məhz bu dəyərlər üzərində qurulub.
Prezident İlham Əliyevin “Kazinform” agentliyinə müsahibəsi iki dövlət arasındakı münasibətlərin hazırkı inkişaf mərhələsini, gələcək perspektivlərini və strateji əməkdaşlığın real məzmununu nümayiş etdirir.
Dövlətlərarası münasibətlər bu gün yüksək etimad, qarşılıqlı hörmət və strateji əməkdaşlıq amili ilə xarakterizə olunur.
Prezident İlham Əliyevin vurğuladığı kimi, ötən onilliklər ərzində xalqlarımız arasında tarixi qardaşlığa, dostluğa və qarşılıqlı dəstəyə, ortaq türk kimliyinin möhkəm təməlinə, oxşar mədəni ənənələrə və mənəvi dəyərlərə əsaslanaraq, biz həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurmuşuq.
Son üç il ərzində dövlətimizin başçısının Qazaxıstana yeddi səfəri, eləcə də Prezident Kasım-Jomart Tokayevin Azərbaycana altı dəfə səfəri əlaqələrin intensivliyini bir daha nümayiş etdirir.
Bu müntəzəm dialoq dövlətlərarası münasibətlərin yüksək səviyyədə koordinasiyalı şəkildə inkişafına təkan verir, qarşıda duran məsələlərin operativ həllini asanlaşdırır və yeni əməkdaşlıq sahələrinin müəyyənləşməsinə imkan yaradır.
Tam oxu
Xəbəri oxu