Icma.az
close
up
RU
Azərbaycan ilə Qazaxıstan arasında münasibətlər qarşılıqlı etimada və ortaq strateji maraqlara əsaslanır

Azərbaycan ilə Qazaxıstan arasında münasibətlər qarşılıqlı etimada və ortaq strateji maraqlara əsaslanır

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Müasir beynəlxalq münasibətlər sistemində xalqlar arasında tarixi, mədəni və mənəvi əlaqələrə əsaslanan tərəfdaşlıqlar xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan ilə Qazaxıstan arasında formalaşmış çoxşaxəli əlaqələr məhz bu dəyərlər üzərində qurulub. Prezident İlham Əliyevin “Kazinform” agentliyinə müsahibəsi iki dövlət arasındakı münasibətlərin hazırkı inkişaf mərhələsini, gələcək perspektivlərini və strateji əməkdaşlığın real məzmununu nümayiş etdirir.

Dövlətlərarası münasibətlər bu gün yüksək etimad, qarşılıqlı hörmət və strateji əməkdaşlıq amili ilə xarakterizə olunur. Prezident İlham Əliyevin vurğuladığı kimi, ötən onilliklər ərzində xalqlarımız arasında tarixi qardaşlığa, dostluğa və qarşılıqlı dəstəyə, ortaq türk kimliyinin möhkəm təməlinə, oxşar mədəni ənənələrə və mənəvi dəyərlərə əsaslanaraq, biz həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurmuşuq. Son üç il ərzində dövlətimizin başçısının Qazaxıstana yeddi səfəri, eləcə də Prezident Kasım-Jomart Tokayevin Azərbaycana altı dəfə səfəri əlaqələrin intensivliyini bir daha nümayiş etdirir. Bu müntəzəm dialoq dövlətlərarası münasibətlərin yüksək səviyyədə koordinasiyalı şəkildə inkişafına təkan verir, qarşıda duran məsələlərin operativ həllini asanlaşdırır və yeni əməkdaşlıq sahələrinin müəyyənləşməsinə imkan yaradır.
Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan tərəfindən inşa edilən Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzi iki xalq arasındakı qardaşlıq münasibətlərinin parlaq təzahürüdür. Bu təşəbbüs həm də xalqlarımız arasında mədəni və mənəvi birliyin növbəti təzahürüdür. Hazırda Mərkəzdə 100-ə yaxın uşaq təhsil alır və həmin layihə gələcək nəsillərin dostluq ruhunda formalaşmasına töhfə verir.
Azərbaycan ilə Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanmasından 20 il ötür. Ötən müddət ərzində təqribən 170 sənəd imzalanmış, siyasi-iqtisadi, humanitar və mədəni sahələri əhatə edən çoxşaxəli əməkdaşlıq mexanizmləri yaradılıb. Həmin sənədlər yalnız diplomatik formalizm deyil, iki ölkə arasında etibarlı tərəfdaşlıq mühitinin hüquqi zəmanətidir. Bu dövrdə qarşılıqlı əlaqələrin inkişafı hər iki dövlətin müstəqil siyasətinə, ortaq məqsədlərinə və Türk dünyasının birliyinə xidmət edib. Sözügedən Müqavilə iki qardaş xalq arasında münasibətlərin etibarlı təməlini qoyaraq bütün istiqamətlərdə əməkdaşlığın yeni keyfiyyət mərhələsinə keçidini təmin edib.
2024-cü ildə Qazaxıstan Prezidentinin Azərbaycana dövlət səfəri zamanı keçirilən Ali Dövlətlərarası Şuranın ilk iclası iki ölkə arasındakı əməkdaşlıq mexanizmlərinə yeni impuls verib. Astanada keçiriləcək növbəti iclas qarşılıqlı faydalı əməkdaşlığın daha da dərinləşdirilməsi, iqtisadi və humanitar əlaqələrin yeni mərhələyə yüksəlməsi baxımından əhəmiyyət kəsb edir. Bu format vasitəsilə hər iki dövlət yalnız ikitərəfli münasibətləri deyil, həm də regional və beynəlxalq müstəvidə koordinasiyalı fəaliyyət imkanlarını genişləndirir.
Azərbaycan və Qazaxıstan çoxtərəfli formatlarda - xüsusilə beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi və digərləri çərçivəsində də fəal əməkdaşlıq edir. Bu əməkdaşlıq qlobal arenada qarşılıqlı dəstək, sülh və sabitliyin möhkəmləndirilməsi istiqamətində birgə səylərin ifadəsidir. Hər iki ölkə türk dünyasının birliyi ideyasına sadiqliyini nümayiş etdirir və regional inteqrasiyanın dərinləşməsinə töhfə verir.
Dövlətlərarası iqtisadi-ticari münasibətlər son illərdə sürətli inkişaf mərhələsindədir. İqtisadiyyatın müxtəlif sektorlarında əməkdaşlığın dərinləşməsi, birgə təşəbbüslərin reallaşdırılması, biznes dairələri arasında fəal dialoq sürətli inkişafın əsas göstəricisidir. Hazırda Azərbaycanda Qazaxıstan kapitalı ilə 250-yə yaxın kommersiya strukturu fəaliyyət göstərir. Bu fakt ölkənin investisiya mühitinə olan etimadı, qarşılıqlı iqtisadi əlaqələrin davamlı inkişafını və yeni investisiya imkanlarının genişləndiyini sübut edir. “Kazinform” agentliyinə müsahibəsində dövlətimizin başçısının vurğuladığı kimi, qarşılıqlı ticarətdə də müsbət dinamika özünü aydın şəkildə göstərir: “2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 470 milyon dollar təşkil edib. 2025-ci ilin yanvar-avqust aylarında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə üç dəfə çox olmaqla, 547 milyon dollara çatıb. Bu artım Orta Dəhlizin potensialından səmərəli istifadə, nəqliyyat və logistika infrastrukturunun sistemli modernləşdirilməsi ilə bağlıdır”.
Türkiyə, Azərbaycan və Qazaxıstan arasında imzalanmış “2022–2027-ci illər üçün Yol Xəritəsi” Orta Dəhlizin inkişafında strateji dönüş nöqtəsidir. Bu sənəd üç ölkənin nəqliyyat və logistika sistemlərinin sinxron inkişafını, əlavə yük axınının cəlb edilməsini və vahid tarif siyasətinin formalaşdırılmasını təmin edir. Bununla yanaşı, Xəzər dənizinin dibi ilə sualtı fiber-optik kabel xəttinin tikintisi layihəsi rəqəmsal inteqrasiyanın əsas dayaqlarından biridir. Layihənin 2026-cı ilin sonuna qədər başa çatdırılması regionun rəqəmsal təhlükəsizliyinə, informasiya mübadiləsinin sürətlənməsinə və müasir texnoloji əməkdaşlığın dərinləşməsinə mühüm töhfə verəcək.
Prezident İlham Əliyevin “Kazinform”a müsahibəsi Azərbaycan–Qazaxıstan münasibətlərinin bu günkü vəziyyətini, həm də gələcək istiqamətlərini aydın şəkildə göstərir. Yaxın münasibətlər qarşılıqlı etimad, tarixi dostluq və ortaq dəyərlər üzərində qurulmuş, regionda sabitlik və inkişafın təmin edilməsinə yönəlmiş nümunəvi əməkdaşlıq modelidir. Azərbaycan ilə Qazaxıstan arasında strateji tərəfdaşlıq türk dünyasının inteqrasiyasına, Avrasiya regionunda nəqliyyat, enerji və rəqəmsal layihələrin reallaşmasına güclü stimul verir. Bu əməkdaşlıq modeli həm ikitərəfli, həm də qlobal miqyasda sülh, sabitlik və rifahın möhkəmlənməsinə xidmət edən dərin siyasi və iqtisadi sinerjinin bariz nümunəsidir.

Bədəl Bədəlov
Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:62
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 Oktyabr 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see298

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see276

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see167

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see167

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see166

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see156

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see155

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see146

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see146

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see143

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see142

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see140

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see138

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see138

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see136

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri