Azərbaycan ilk dəfə bu Dünya Çempionatına ev sahibliyi edəcək

16.06.2025

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

Azərbaycan 2027-ci ildə ilk dəfə Xizək Alpinizmi üzrə Dünya Çempionatına ev sahibliyi edəcək.

"Report" xəbər verir ki, bu barədə Qış İdman Növləri Federasiyasının (AQİNF) Mətbuat xidməti məlumat yayıb.

AQİNF tərəfindən xizək alpinizmi üzrə dünya çempionatının Azərbaycanda keçirilməsi ilə bağlı Beynəlxalq Xizək Alpinizmi Federasiyasına (İSMF) ünvanlanan müraciətə əsasən yarışın "Şahdağ"da keçirilməsi ilə bağlı qərar qəbul edilib. Yarış beynəlxalq federasiyanın təqviminə salınıb.

Qeyd edək ki, dünya çempionatının 2027-ci il fevralın 28-dən martın 7-nə qədər "Şahdağ" Turizm Mərkəzində keçirilməsi nəzərdə tutulur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью