Azərbaycan ilk dəfə bu Dünya Çempionatına ev sahibliyi edəcək
Icma.az, Azpolitika.az saytına istinadən bildirir.
Azərbaycan 2027-ci ildə ilk dəfə Xizək Alpinizmi üzrə Dünya Çempionatına ev sahibliyi edəcək.
"Report" xəbər verir ki, bu barədə Qış İdman Növləri Federasiyasının (AQİNF) Mətbuat xidməti məlumat yayıb.
AQİNF tərəfindən xizək alpinizmi üzrə dünya çempionatının Azərbaycanda keçirilməsi ilə bağlı Beynəlxalq Xizək Alpinizmi Federasiyasına (İSMF) ünvanlanan müraciətə əsasən yarışın "Şahdağ"da keçirilməsi ilə bağlı qərar qəbul edilib. Yarış beynəlxalq federasiyanın təqviminə salınıb.
Qeyd edək ki, dünya çempionatının 2027-ci il fevralın 28-dən martın 7-nə qədər "Şahdağ" Turizm Mərkəzində keçirilməsi nəzərdə tutulur.

Azərbaycan sumo üzrə dünya çempionatına ev sahibliyi edəcək
11 Yanvar 2025 18:28
Azərbaycan dünya çempionatına ev sahibliyi edəcək: Bu gün püşkatmadır
11 Mart 2025 09:34
Azərbaycan voleybol çempionatına ev sahibliyi edəcək
08 Noyabr 2024 18:05
Azərbaycan 2027 ci ildə ilk dəfə Xizək alpinizmi üzrə dünya çempionatına ev sahibliyi edəcək
16 İyun 2025 20:49
Azərbaycan ilk dəfə Avropa çempionatına ev sahibliyi etməyə hazırlaşır
13 Dekabr 2024 14:20

