Icma.az bildirir, Newscenter.az portalına istinadən. Bu gün Azərbaycanda milli mətbuatın yaranması günüdür.
Böyük maarifçimiz Həsən bəy Zərdabinin "Əkinçi"si ilə yola çıxan Azərbaycan mətbuatı ötən 150 ildə çox çətin və şərəfli yol keçib.
Bu gün qalib Azərbaycanın mediası 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərin və 23 saatlıq antiterror tədbirləri nəticəsində suverenliyimizin bərpasının müjdəçisi kimi özünün 150 illik yubileyini təntənə ilə qeyd edir.
Düz 150 il öncə - 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulub.
Ad da, təməl də uğurlu qoyulub. Çarizmin bütün basqılarına, ayrı-seçkilik siyasətinə və süni əngəllərinə baxmayaraq, “Əkinçi” Azərbaycan tür
Nəşrə başlamasından bir müddət sonra (1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək) bağlanan və cəmi 56 nömrəsi çıxan bu qəzet sözün
Başqa sözlə desək, "Əkinçi" Azərbaycan jurnalistikasının əsl bayraqdarına çevrilib.Bu cür uğurlu başlanğıcla yola çıxan Azərbaycan milli mət
Ötən 150 il ərzində mətbuatımız bir neçə inkişaf mərhələsindən keçib.