Icma.az
close
up
RU
Azərbaycan informasiya savaşındakı mövqeyini gücləndirməyi hədəfləyir

Azərbaycan informasiya savaşındakı mövqeyini gücləndirməyi hədəfləyir

Icma.az bildirir, Newscenter.az portalına istinadən.


Bu gün Azərbaycanda milli mətbuatın yaranması günüdür. Böyük maarifçimiz Həsən bəy Zərdabinin "Əkinçi"si ilə yola çıxan Azərbaycan mətbuatı ötən 150 ildə çox çətin və şərəfli yol keçib. Bu gün qalib Azərbaycanın mediası 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərin və 23 saatlıq antiterror tədbirləri nəticəsində suverenliyimizin bərpasının müjdəçisi kimi özünün 150 illik yubileyini təntənə ilə qeyd edir. Düz 150 il öncə - 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulub.
Ad da, təməl də uğurlu qoyulub. Çarizmin bütün basqılarına, ayrı-seçkilik siyasətinə və süni əngəllərinə baxmayaraq, “Əkinçi” Azərbaycan türkcəsində ilk milli, demokratik və xalq mətbuatının təmsilçisi kimi dərin iz buraxıb. Nəşrə başlamasından bir müddət sonra (1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək) bağlanan və cəmi 56 nömrəsi çıxan bu qəzet sözün həqiqi mənasında əsrin aynası və millətimizin yol göstərən mayakı olub. Başqa sözlə desək, "Əkinçi" Azərbaycan jurnalistikasının əsl bayraqdarına çevrilib.
Bu cür uğurlu başlanğıcla yola çıxan Azərbaycan milli mətbuatı 150 illik şərəfli tarixi boyunca ölkəmizin ictimai-siyasi həyatında, cəmiyyətin maarifləndirilməsində, milli dəyərlərin və dövlətçilik ideyalarının təbliğində mühüm rol oynayıb. Ötən 150 il ərzində mətbuatımız bir neçə inkişaf mərhələsindən keçib. Ulu Öndər Heydər Əliyevin söylədiyi kimi, milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. “Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz ilk növbədə məhz milli mətbuatımızın səhifələrindən öyrənmişik.
1990-cı illərin əvvəllərində dövlət müstəqilliyimizin bərpasından başlayaraq Azərbaycan mətbuatı da yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu mərhələdə Ulu Öndər Heydər Əliyev mətbuat və söz azadlığının təmin olunması, senzuranın aradan qaldırılması, mətbuatın latın əlifbasına keməsi və eləcə də kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Müstəqillik dövründə Azərbaycan mətbuatı ilə bağlı ilk fərmanı da məhz Heydər Əliyev imzalayıb. Habelə, 1999-cu ildə “Kütləvi İnformasiya Vasitələri haqqında” beynəlxalq tələblərə cavab verən qanun qəbul edilib. Bütün bunların nəticəsidir ki, müstəqillik tariximizdə mətbuatın inkişafından bəhs edərkən Ulu Öndər Heydər Əliyevin xidmətləri, onun azad medianın inkişafına diqqət və qayğısı daim xatırlanır. Bu mənada Heydər Əliyevin "Mətbuatın dostu", "İlin adamı" kimi mötəbər adları qazanması heç də təsadüfi deyildi.
Həmçinin, Prezident İlham Əliyev də ölkə mətbuatının dünya miqyasına çıxmasının təmin olunması, mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, eləcə də jurnalistlərin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırılması və mənzillə təmin edilməsi istiqamətində önəmli addımlar atıb, bir sıra mühüm sərəncamlar imzalayıb. İyulun 19-da Xankəndidə keçirilən “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü zamanı Prezident İlham Əliyevin vurğuladığı kimi bu gün mətbuatımız nəinki ölkə daxilində, hətta beynəlxalq müstəvidə çox böyük nüfuz qazanıb.
Mətbuatımızın inkişafına görə çox sevindiyini bildirən dövlətimizin başçısı onu da qeyd etdi ki, bu gün Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir: "Azərbaycan mediasının inkişafı məni çox sevindirir. Çox şadam ki, bu gün bizim mediamız nəinki ölkə daxilində, hətta beynəlxalq müstəvidə çox böyük nüfuz qazanıb və bunu tam səmimiyyətlə deyirəm. Bu gün Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir. Azərbaycana qarşı olan əsassız ittihamları arqumentlərlə, ciddi təhlillə və faktlar əsasında ifşa etməkdə də böyük uğurlar əldə edib. Bizim mediamız nəinki dövlət maraqlarını müdafiə edir, eyni zamanda, lazım gəldikdə hücuma da keçir. Bu da lazımdır. İdmanda bəzən deyirlər ki, ən yaxşı müdafiə hücumdur”.
Dövlət başçısı, həmçinin vurğuladı ki, Azərbaycan mediası artıq istənilən xoşagəlməz, iftira kampaniyasına cavab verməyə qadirdir və bu, çox önəmli reallıqdır. Elə III Şuşa Qlobal Media Forumunda Cənab Prezidentin özünün açıqlamaları da dünya gündəmində geniş yer almaqla Azərbaycan mediasının inkişafına və tanınmasına əlavə stimul verdi. Ümumiyyətlə, Prezident İlham Əliyevin media ilə səmərəli və çevik işləmək bacarığı Azərbaycana qarşı iftiraların, dezinformasiya kampaniyalarının qarşısını almaqda mühüm rol oynayır. Şuşa və Xankəndinin qlobal media məsələlərinin müzakirə olunduğu məkana çevrilməsi isə mətbuatımızın inkişafında yeni mərhələnin göstəricisidir.
44 günlük Vətən müharibəsində Azərbaycan döyüş meydanında olduğu kimi, informasiya savaşında da həlledici qələbə qazanıb. Mütəmadi olaraq ölkəmizə qarşı qaralama kampaniyası aparan dairələr bu gün yerli mətbuatımız tərəfindən tutarlı cavabını alır. Azərbaycan mediası ölkəmizə qarşı aparılan informasiya müharibəsini, əsassız ittihamları və "fake news"ları ciddi arqumentlərlə, analiz və faktlar əsasında uğurla neytrallaşdırır. Və yeri gəldikdə, mediamız dövlət maraqlarımızı müdafiə naminə hətta hücuma da keçir. Bəli, Azərbaycan mediası artıq müdafiə mövqeyindən hücumçu müstəvisinə keçir və xaricdən ölkəmizə qarşı yönələn qərəzli kampaniyaları cəsarətlə ifşa edir, haqq və ədalət uğrunda layiqincə mübarizə aparır. Bu da sözsüz ki, mediamız üçün və bütövlükdə ölkəmiz üçün yeni reallıqdır.
İnformasiya dayanıqlılığı, media savadlılığı, dezinformasiyaya qarşı mübarizə və süni intellektin mediada tətbiqi kimi mühüm məsələlərin III Şuşa Qlobal Media Forumunda beynəlxalq media nümayəndələri ilə birgə müzakirəsi də Azərbaycan mediasının yeni çağırışlara, yeni reallıqlara çevik münasibətinin göstəricisidir. İnformasiya təhlükəsizliyi, süni intellekt dövründə medianın dayanıqlılığı və rəqəmsal suverenlik həqiqətən də aktual qlobal çağırışlardır və bütün bunlar yeni reallıqları formalaşdırır. Azərbaycan da qlobal çağırışlara cavab olaraq öz informasiya məkanını süni intellekt və rəqəmsal texnologiyaların yeni imkanları ilə təchiz etməyi, informasiya dayanıqlılığı, media savadlılığı, dezinformasiyaya qarşı mübarizə və süni intellektin mediada tətbiqi kimi mühüm məsələləri prioritetə çevirir.
Ərazi bütövlüyünü bərpa edəndən sonra yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan indi də informasiya savaşındakı mövqeyini gücləndirməyi hədəfləyir. Çünki hazırkı dövrdə hərbi güc və iqtisadi inkişafla yanaşı, media dayanıqlılığı, informasiya təhlükəsizliyi də hər bir dövlətin ayaqda qalması üçün vacib amillərdir. Beləliklə, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə üç amilin - media, iqtisadiyyat və hərb amilinin sintezi Azərbaycanın ən yeni tarixinin aparıcı gücü kimi ortaya çıxır.
Media müharibələri, feyk xəbər problemi, informasiya suverenliyi kimi qlobal məsələləri müzakirəyə çıxaran Azərbaycan bundan sonra media müstəvisində təşəbbüskar qüvvə kimi çıxış edəcək. Bu da milli mətbuatımızın 150 illik yolunun ən uğurlu nəticələrindən biridir. Bu baxımdan Prezident İlham Əliyevin 25 aprel 2025-ci il tarixdə Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalaması heç də təsadüfi deyildi. Milli mətbuatımızın yubileyinin ölkədə geniş qeyd olunması Azərbaycan mediasının regionda və dünyada yeni rolunun təqdimatı baxımından çox önəmlidir.
Milli mətbuatımızın 150 illik yubileyi münasibətilə və Azərbaycanda milli mətbuatın inkişafında xidmətlərinə görə Prezident İlham Əliyev tərəfindən 26 jurnalistin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə, bir nəfərin 1-ci dərəcəli “Əmək” ordeni ilə, on nəfərin 3-cü dərəcəli “Əmək” ordeni ilə, 137 nəfərin isə “Tərəqqi” medalı ilə təltif edilməsi ölkəmizin haqq səsini dünyaya çatdırmaq işinə və Azərbaycanın səsinin dünyada daha çox eşidilməsinə xüsusi dəstəkdir. Bu baxımdan, təltif olunan bütün media nümayəndələrini ürəkdən təbrik edir, onların hər birinə möhkəm cansağlığı və peşə fəaliyyətində uğurlar diləyirik.
Bayramınız mübarək, yolunuz daim işıqlı olsun, dəyərli media nümayəndələri!
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 22 İyul 2025 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see325

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see318

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see311

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see283

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see275

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see253

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see245

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see239

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see232

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see227

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see222

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see220

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see214

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see214

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see209

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see207

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see189

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see185

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri