Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq. Ötən il Azərbaycanda əsas kapitala xarici mənbələrdən 4 milyard 203,1 milyon manat vəs
"Cebheinfo.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə 27,8 % çoxdur.
Hesabat dövründə xarici investisiyaların 4 milyard 048,4 milyon manatı (96,3 %-i) Böyük Britaniya, BƏƏ, Türkiyə, Rusiya, ABŞ, İsveçrə, Yaponiya, İran, Macarıstan, Hindistan və Fransa sərmayədarlarına məxsus olub.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycanda əsas kapitala 21 milyard 226,1 milyon manat və yaxud 2024-cü illə müqayisədə 5,6 % az investisiya yönəldilib.
Son 1 ildə neft-qaz sektoruna investisiyalar 10,3 %, qeyri neft-qaz sektoruna isə 3,9 % azalıb.
"Cebheinfo.az" Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.