Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 28 % ə yaxın artıb
Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
Ötən il Azərbaycanda əsas kapitala xarici mənbələrdən 4 milyard 203,1 milyon manat vəsait yönəldilib.
"Cebheinfo.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə 27,8 % çoxdur.
Hesabat dövründə xarici investisiyaların 4 milyard 048,4 milyon manatı (96,3 %-i) Böyük Britaniya, BƏƏ, Türkiyə, Rusiya, ABŞ, İsveçrə, Yaponiya, İran, Macarıstan, Hindistan və Fransa sərmayədarlarına məxsus olub.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycanda əsas kapitala 21 milyard 226,1 milyon manat və yaxud 2024-cü illə müqayisədə 5,6 % az investisiya yönəldilib. Son 1 ildə neft-qaz sektoruna investisiyalar 10,3 %, qeyri neft-qaz sektoruna isə 3,9 % azalıb.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:19
Bu xəbər 20 Yanvar 2026 13:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















