Azərbaycan iqtisadiyyatının təməlində dayanan siyasət Əsas hədəf nədir? | Icma.az
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibə verib.
Müsahibədə diqqətçəkən məqamlardan biri də ölkə başçısının Azərbaycan iqtisadiyyatının inkişafı ilə bağlı səsləndirdiyi fikirlərdir.
Dövlət başçısı bildirib ki, 2024 iqtisadi inkişaf baxımından yenə də uğurlu il olub, Azərbaycanın iqtisadiyyatı inkişaf edib: "Hesab edirəm ki, inkişaf templəri, bugünkü dünyanın mənzərəsinə nəzər salsaq, müsbət sayıla bilər.
Yəni ümumi daxili məhsul dörd faizdən çox artıb. Əslində, bizim üçün əsas göstərici qeyri-neft sektorunun inkişafıdır.
Çünki bildiyiniz kimi, biz son vaxtlar neft hasilatında tənəzzüllə üzləşmişdik və hesab edirəm ki, aparılan danışıqlar, göstərilən səylər nəticəsində artıq bu tənəzzülə son qoyulacaq və neft hasilatı sabit qalacaq.
Beləliklə, neft hasilatının azalması bundan sonra ümumi daxili məhsula mənfi təsir göstərməyəcək.
Ona görə biz ümumi iqtisadi göstəricilərə nəzər saldıqda, ilk növbədə, qeyri-neft sektorunun parametrlərini nəzərə alırdıq.
Tam oxu
Xəbəri oxu