Icma.az
close
up
RU
Azərbaycan iqtisadiyyatının təməlində dayanan siyasət Əsas hədəf nədir?

Azərbaycan iqtisadiyyatının təməlində dayanan siyasət Əsas hədəf nədir?

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibə verib. Müsahibədə diqqətçəkən məqamlardan biri də ölkə başçısının Azərbaycan iqtisadiyyatının inkişafı ilə bağlı səsləndirdiyi fikirlərdir. Dövlət başçısı bildirib ki, 2024 iqtisadi inkişaf baxımından yenə də uğurlu il olub, Azərbaycanın iqtisadiyyatı inkişaf edib:

"Hesab edirəm ki, inkişaf templəri, bugünkü dünyanın mənzərəsinə nəzər salsaq, müsbət sayıla bilər. Yəni ümumi daxili məhsul dörd faizdən çox artıb. Əslində, bizim üçün əsas göstərici qeyri-neft sektorunun inkişafıdır. Çünki bildiyiniz kimi, biz son vaxtlar neft hasilatında tənəzzüllə üzləşmişdik və hesab edirəm ki, aparılan danışıqlar, göstərilən səylər nəticəsində artıq bu tənəzzülə son qoyulacaq və neft hasilatı sabit qalacaq. Beləliklə, neft hasilatının azalması bundan sonra ümumi daxili məhsula mənfi təsir göstərməyəcək. Ona görə biz ümumi iqtisadi göstəricilərə nəzər saldıqda, ilk növbədə, qeyri-neft sektorunun parametrlərini nəzərə alırdıq. Burada da inkişaf daha uğurludur, altı faizdən çox artıb. Nəzərə alsaq ki, artıq uzun illər bizim iqtisadi inkişafla bağlı əsas hədəflərimizdən biri sənaye istehsalının artırılmasıdır, qeyri-neft sənaye sektorunda artım daha da yüksəkdir. Bu, yeddi faizdən çoxdur. Yəni əgər dünya iqtisadiyyatının artım templərinə və inkişaf etmiş ölkələrin inkişafına, yaxud da ki, tənəzzülə nəzər salsaq, görərik ki, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edib".

Prezidentin də dediyi kimi, əlbəttə ki, bütün bunların təməlində düşünülmüş siyasət dayanır. Bəs bu artım tempi ölkəmiz üçün nələr vəd edir? İqtisadiyyatımızın inkişaf dinamikasına regional, geosiyasi və geoiqtisadi aspektdən nəzər salsaq, bu, gələcək perspektivdə daha hansı uğurların təməl rolunu oynayacaq?

Mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablandıran Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Azərbaycan son illər alternativ enerji mənbələrinə regionda ən çox investisiya yönəldən ölkələrdən biridir:

"Son illər yaşıl enerji istehsalına sərf edilən xarici investisiyanın həcmi bir milyard dollardan çox olub və Azərbaycan bu istiqamətdə həm körfəz ölkələrini təmsil edən şirkətlərlə, həm də bp, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) kimi aparıcı qurumlarla əməkdaşlıq edir. Nəticədə 2024-cü ilin ilk 11 ayında Azərbaycanda yaşıl enerji istehsalı 80 faizdən çox artıb. Bu, sözügedən istiqamətə daha çox investisiya qoyuluşunun həyata keçirilməsi anlamına gəlir. Belə ki, bu müddətdə Azərbaycanda üç milyard 580 milyon kilovat-saat yaşıl enerji istehsal olunub. Bu da kifayət qədər artım dinamikası deməkdir".

"Azərbaycan, bir tərəfdən, enerji keçidini təmin edir, digər tərəfdən isə ÜDM-də proqnozlaşdırılan artıma nail olunub, eyni zamanda, təbii ki, dövlət büdcəsinin gəlirlərinin proqnozlaşdırılan həddə icrası təmin edilib. Nəzərə alsaq ki, büdcənin qeyri-neft gəlirlərində artımlar da müşahidə olunur, bu, xüsusən də büdcə gəlirlərinin dayanıqlılığı və fiskal diversifikasiya baxımından çox vacibdir. Bu kontekstdən Azərbaycan müasir çağırışlara uyğun olaraq, bir tərəfdən, həm enerji keçidini təmin edib, digər tərəfdən isə ÜDM və digər makroiqtisadi göstəricilərdə artım tempini qoruyub-saxlayıb. Bu isə təbii ki, makroiqtisadi stabillik baxımdan çox vacibdir", - deyə deputat vurğulayıb.

Müsahibimiz iqtisadi inkişaf dinamikasını 2024-cü ilin ən vacib uğurlarından biri kimi qiymətləndirib:

"Həm müasir çağırışlara uyğun olaraq Azərbaycan iqtisadiyyatında enerji keçidinin bərpa edilməsi təmin edilib, həm də iqtisadi artım tempi qorunub-saxlanılıb. Xüsusən də işğaldan azad olunmuş ərazilərimizin bərpası, müdafiə qabiliyyətimizin gücləndirilməsi, sosial təminat tədbirlərinin genişləndirilməsi kimi prioritet istiqamətlərə daha çox vəsaitin ayrılması da təmin edilib".

Mərahim Nəsib

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://oxu.az
archiveBu xəbər 08 Yanvar 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri