Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il oktyabrın 12-də Kamboca Krallığının Baş naziri Hun Manet ilə görüşü və görüşdən sonra mətbuata verdiyi bəyanatda qeyd edib ki, Azərbaycan–Kamboca münasibətlərinin inkişafında mühüm siyasi və diplomatik hadisə kimi diqqəti cəlb edir. Bu səfər iki ölkə arasında mövcud dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi, qarşılıqlı investisiya imkanlarının artırılması və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin bəyanatı Azərbaycan dövlətinin xarici siyasətində qarşılıqlı hörmətə, bərabərhüquqlu əməkdaşlığa, beynəlxalq hüquqa və dövlətlərin suverenliyinə əsaslanan prinsiplərin ardıcıl şəkildə həyata keçirildiyini bir daha nümayiş etdirir. Dövlət başçısı çıxışında Azərbaycan ilə Kamboca arasında siyasi münasibətlərin mövcud vəziyyətini qiymətləndirmiş, iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlara diqqət yetirmiş və qarşıdakı dövrdə həyata keçirilməsi nəzərdə tutulan mühüm istiqamətləri açıqlamışdır.
Prezident İlham Əliyev Kamboca Krallığının Baş naziri Hun Maneti Azərbaycanda səmimiyyətlə salamlayaraq səfərin səmərəli keçəcəyinə əminliyini ifadə etmişdir. Bu münasibət iki ölkə arasında qarşılıqlı etimadın və dostluq əlaqələrinin möhkəmləndirilməsinə verilən önəmin göstəricisidir. Azərbaycan ilə Kamboca arasında əlaqələrin inkişafı təkcə ikitərəfli münasibətlər baxımından deyil, həm də Asiya və Avropa arasında siyasi, iqtisadi və nəqliyyat əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyətlidir
Prezident İlham Əliyevin bəyanatında xüsusi yer tutan məsələlərdən biri Azərbaycan ilə Kamboca arasında ticarət və investisiya əlaqələrinin inkişaf etdirilməsidir. Dövlət başçısı qeyd etmişdir ki, iki ölkə arasında ticarət dövriyyəsi hazırda mövcud potensialla müqayisədə aşağı səviyyədədir. Bununla belə, tərəflər arasında keçirilən danışıqlar iqtisadi münasibətlərin genişləndirilməsi üçün böyük imkanların olduğunu göstərir.
Ticarət əlaqələrinin inkişafı üçün ilk növbədə hər iki ölkənin bazar imkanlarının, ixrac potensialının və biznes mühitinin daha yaxından öyrənilməsi vacibdir Bu məqsədlə Azərbaycan və Kamboca arasında ticarət və investisiya əməkdaşlığının praktiki məsələləri ilə məşğul olacaq birgə işçi qrupunun yaradılması razılaşdırılmışdır.
İqtisadi əməkdaşlığın digər mühüm istiqaməti birgə istehsal müəssisələrinin yaradılmasıdır. Sənaye sahəsində qarşılıqlı təcrübənin bölüşdürülməsi, texnologiyaların tətbiqi və sahibkarlar arasında birbaşa əlaqələrin qurulması hər iki ölkə üçün yeni imkanlar aça bilər.
Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan və Kamboca arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə yönəlmiş müzakirələr göstərir ki, tərəflər mövcud münasibətləri yalnız siyasi dialoqla məhdudlaşdırmaq deyil, onları konkret iqtisadi nəticələrlə zənginləşdirmək niyyətindədirlər. Azərbaycan–Kamboca münasibətlərinin mühüm istiqamətlərindən biri parlamentlərarası əməkdaşlıqdır. Prezident İlham Əliyev bəyanatında hər iki ölkədə parlamentlərarası dostluq qruplarının fəaliyyət göstərməsini və bu sahədə qarşılıqlı dəstəyin mövcudluğunu xüsusi vurğulamışdır.
Azərbaycan ilə Kamboca arasında parlamentlərarası dostluq qruplarının fəaliyyəti münasibətlərin institusional əsaslarının möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir.
2026-cı ilin oktyabrında Baş nazir Hun Manetin Azərbaycana rəsmi səfəri də əvvəlki illərdə yaradılmış əməkdaşlıq təməlinin genişləndirilməsi baxımından əhəmiyyət daşıyır.
Beləliklə, parlamentlərarası əlaqələrin və qarşılıqlı səfərlərin davam etdirilməsi Azərbaycan–Kamboca münasibətlərinin siyasi əsaslarını möhkəmləndirən, qarşılıqlı maraqları uzlaşdıran və gələcək əməkdaşlıq üçün yeni imkanlar yaradan mühüm amillərdəndir.
YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov