Icma.az
close
up
RU
Azərbaycan Kamboca münasibətlərində mühüm mərhələ

Azərbaycan Kamboca münasibətlərində mühüm mərhələ

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il oktyabrın 12-də Kamboca Krallığının Baş naziri Hun Manet ilə görüşü və görüşdən sonra mətbuata verdiyi bəyanatda qeyd edib ki, Azərbaycan–Kamboca münasibətlərinin inkişafında mühüm siyasi və diplomatik hadisə kimi diqqəti cəlb edir. Bu səfər iki ölkə arasında mövcud dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi, qarşılıqlı investisiya imkanlarının artırılması və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
    Prezident İlham Əliyevin bəyanatı Azərbaycan dövlətinin xarici siyasətində qarşılıqlı hörmətə, bərabərhüquqlu əməkdaşlığa, beynəlxalq hüquqa və dövlətlərin suverenliyinə əsaslanan prinsiplərin ardıcıl şəkildə həyata keçirildiyini bir daha nümayiş etdirir. Dövlət başçısı çıxışında Azərbaycan ilə Kamboca arasında siyasi münasibətlərin mövcud vəziyyətini qiymətləndirmiş, iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlara diqqət yetirmiş və qarşıdakı dövrdə həyata keçirilməsi nəzərdə tutulan mühüm istiqamətləri açıqlamışdır.
Prezident İlham Əliyev Kamboca Krallığının Baş naziri Hun Maneti Azərbaycanda səmimiyyətlə salamlayaraq səfərin səmərəli keçəcəyinə əminliyini ifadə etmişdir. Bu münasibət iki ölkə arasında qarşılıqlı etimadın və dostluq əlaqələrinin möhkəmləndirilməsinə verilən önəmin göstəricisidir.             Azərbaycan ilə Kamboca arasında əlaqələrin inkişafı təkcə ikitərəfli münasibətlər baxımından deyil, həm də Asiya və Avropa arasında siyasi, iqtisadi və nəqliyyat əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyətlidir

     Prezident İlham Əliyevin bəyanatında xüsusi yer tutan məsələlərdən biri Azərbaycan ilə Kamboca arasında ticarət və investisiya əlaqələrinin inkişaf etdirilməsidir. Dövlət başçısı qeyd etmişdir ki, iki ölkə arasında ticarət dövriyyəsi hazırda mövcud potensialla müqayisədə aşağı səviyyədədir. Bununla belə, tərəflər arasında keçirilən danışıqlar iqtisadi münasibətlərin genişləndirilməsi üçün böyük imkanların olduğunu göstərir.
       Ticarət əlaqələrinin inkişafı üçün ilk növbədə hər iki ölkənin bazar imkanlarının, ixrac potensialının və biznes mühitinin daha yaxından öyrənilməsi vacibdir  Bu məqsədlə Azərbaycan və Kamboca arasında ticarət və investisiya əməkdaşlığının praktiki məsələləri ilə məşğul olacaq birgə işçi qrupunun yaradılması razılaşdırılmışdır.
     İqtisadi əməkdaşlığın digər mühüm istiqaməti birgə istehsal müəssisələrinin yaradılmasıdır. Sənaye sahəsində qarşılıqlı təcrübənin bölüşdürülməsi, texnologiyaların tətbiqi və sahibkarlar arasında birbaşa əlaqələrin qurulması hər iki ölkə üçün yeni imkanlar aça bilər.
       Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan və Kamboca arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə yönəlmiş müzakirələr göstərir ki, tərəflər mövcud münasibətləri yalnız siyasi dialoqla məhdudlaşdırmaq deyil, onları konkret iqtisadi nəticələrlə zənginləşdirmək niyyətindədirlər.       Azərbaycan–Kamboca münasibətlərinin mühüm istiqamətlərindən biri parlamentlərarası əməkdaşlıqdır. Prezident İlham Əliyev bəyanatında hər iki ölkədə parlamentlərarası dostluq qruplarının fəaliyyət göstərməsini və bu sahədə qarşılıqlı dəstəyin mövcudluğunu xüsusi vurğulamışdır.
   Azərbaycan ilə Kamboca arasında parlamentlərarası dostluq qruplarının fəaliyyəti münasibətlərin institusional əsaslarının möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir.

      2026-cı ilin oktyabrında Baş nazir Hun Manetin Azərbaycana rəsmi səfəri də əvvəlki illərdə yaradılmış əməkdaşlıq təməlinin genişləndirilməsi baxımından əhəmiyyət daşıyır.

   Beləliklə, parlamentlərarası əlaqələrin və qarşılıqlı səfərlərin davam etdirilməsi Azərbaycan–Kamboca münasibətlərinin siyasi əsaslarını möhkəmləndirən, qarşılıqlı maraqları uzlaşdıran və gələcək əməkdaşlıq üçün yeni imkanlar yaradan mühüm amillərdəndir.
 

YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 13 Oktyabr 2026 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see535

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see451

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see358

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see341

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see300

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see291

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see291

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see243

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see237

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see224

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see219

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see218

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see217

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see216

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see215

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see211

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see205

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see187

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see187

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri