Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Neft Şirkətinin bu istehsalatı “Rəqəmsal mayak” mükafatına layiq görülüb “SOCAR Karbamid” zavodu Dünya İqtisadi Forumunun yüksək nüfuzlu “Qlobal mayak” Şəbəkəsinə daxil edilib və qurumun “Rəqəmsal mayak” mükafatı ilə təltif olunub.
Bu uğur müəssisədə istehsal proseslərinin rəqəmsal əsaslar üzərində qurulması, süni intellekt və innovativ texnoloji həllərin geniş tətbiqi, eləcə də enerji effektivliyinin artırılması istiqamətində əldə edilən nəticələrin beynəlxalq miqyasda qəbul və qiymətləndirilməsinin bariz ifadəsidir.
Azərbaycan Dövlət Neft Şirkəti əldə olunan uğurun təqdimatı, istehsal prosesi və detalların açıqlanması çərçivəsində zavoda mediatur təşkil etdi.
Tur çərçivəsində görülən işlər, qabaqcıl texnologiyalarla təchiz olunmuş data mərkəzi və panellər nümayiş olundu.
Karbamidin istehsal prosesi və bu çərçivədə çalışan mütəxəssislərin iş prosesi ilə tanışlıqla yanaşı, zavodun idarəetmə heyəti və rəsmilər iştirakçılara ətraflı məlumat verdilər.
“SOCAR Karbamid” zavodunun direktoru Kutay Durna bildirdi ki, bu ilin 19 yanvarı müəssisə üçün son dərəcə önəmli bir gün olub: – Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji hədəflər çərçivəsində mühüm irəliləyişlər əldə edilib.
Bu istiqamətdə Sənaye 4.0 konsepsiyasının tətbiqi, emissiyaların azaldılması və istehsal proseslərinin modernləşdirilməsi əsas prioritetlər sırasında yer alıb.