Icma.az
close
up
RU
Menu

ABB də pulu qalan müştərinin üsyanı

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

3 aylıq olanda nə baş veribsə xatırlayır

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

Ceyranbatanda toyda dava Biri komadadır

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

Azərbaycan karbamidi dünya brendidir

Azərbaycan karbamidi dünya brendidir

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Neft Şirkətinin bu istehsalatı “Rəqəmsal mayak” mükafatına layiq görülüb

“SOCAR Karbamid” zavodu Dünya İqtisadi Forumunun yüksək nüfuzlu “Qlobal mayak” Şəbəkəsinə daxil edilib və qurumun “Rəqəmsal mayak” mükafatı ilə təltif olunub.

Bu uğur müəssisədə istehsal proseslərinin rəqəmsal əsaslar üzərində qurulması, süni intellekt və innovativ texnoloji həllərin geniş tətbiqi, eləcə də enerji effektivliyinin artırılması istiqamətində əldə edilən nəticələrin beynəlxalq miqyasda qəbul və qiymətləndirilməsinin bariz ifadəsidir.

Azərbaycan Dövlət Neft Şirkəti əldə olunan uğurun təqdimatı, istehsal prosesi və detalların açıqlanması çərçivəsində zavoda mediatur təşkil etdi. Tur çərçivəsində görülən işlər, qabaqcıl texnologiyalarla təchiz olunmuş data mərkəzi və panellər nümayiş olundu. Karbamidin istehsal prosesi və bu çərçivədə çalışan mütəxəssislərin iş prosesi ilə tanışlıqla yanaşı, zavodun idarəetmə heyəti və rəsmilər iştirakçılara ətraflı məlumat verdilər.

“SOCAR Karbamid” zavodunun direktoru Kutay Durna bildirdi ki, bu ilin 19 yanvarı müəssisə üçün son dərəcə önəmli bir gün olub:

– Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji hədəflər çərçivəsində mühüm irəliləyişlər əldə edilib. Bu istiqamətdə Sənaye 4.0 konsepsiyasının tətbiqi, emissiyaların azaldılması və istehsal proseslərinin modernləşdirilməsi əsas prioritetlər sırasında yer alıb. Məhz bu ardıcıl və məqsədyönlü fəaliyyətin nəticəsi olaraq “SOCAR Karbamid” zavodu Dünya İqtisadi Forumunun nüfuzlu “Qlobal mayak” şəbəkəsinə üzv seçilib. Bu nailiyyət region üçün ilk və mühüm uğurlardan biri hesab olunur və SOCAR ailəsi olaraq bu nəticə böyük qürur hissi ilə qarşılanır.

Direktorun sözlərinə görə, karbamid gübrəsi dünyada ən yüksək dəyərə malik gübrə növlərindən biridir. COVID-19 pandemiyasından sonra qida təhlükəsizliyinin təmin olunması və bu sahədə xarici asılılığın azaldılması məqsədilə ciddi addımlar atılıb. Bu çərçivədə ölkə daxilində karbamid gübrəsinin istehsalına başlanılması mühüm strateji əhəmiyyət daşıyıb və mühüm uğurlar əldə olunub. Bu gün Azərbaycan karbamid gübrəsini yalnız istehsal edən ölkə deyil, eyni zamanda, onu xarici bazarlara ixrac edən dövlətlər sırasında yer alır. Hazırda “SOCAR Karbamid” zavodu tam istehsal gücü ilə fəaliyyət göstərir.

“SOCAR Downstream Management” MMC-nin baş direktoru Emil Alxaslı isə XQ-yə bildirdi ki, mükafatın əsas səbəbi zavodda həyata keçirilən rəqəmsallaşma prosesləri, süni intellekt və Sənaye 4.0 prinsiplərinə uyğun bir sıra tətbiqlərin uğurla icra olunmasıdır:

– Bu yanaşma nəticəsində istehsalın səmərəliliyi artırılıb, istehsal gücü yüksəldilib, plansız dayanma halları minimuma endirilib və bir çox innovativ həllər tətbiq edilib. Ümumilikdə vurğulamaq lazımdır ki, Sənaye 4.0-ın SOCAR üçün tətbiqi sadəcə bir trend deyil. Bu, gündəlik fəaliyyətimizdə təhlükəsizliyin maksimum səviyyədə təmin olunması, rəqəmsallaşmanın dərinləşdirilməsi, istehsal olunan məhsulların keyfiyyətinin yüksəldilməsi və iqtisadi göstəricilərin yaxşılaşdırılması üçün əsas alətlərdən biridir.

Layihənin icrasında SOCAR-ın bir sıra bölmələri birgə fəaliyyət göstərib. Həm SOCAR-ın rəqəmsallaşma və istehsalat bölmələri, həm Türkiyədə fəaliyyət göstərən mütəxəssislərimiz, həm də digər tərəfdaş şirkətlərin iştirakı ilə Karbamid zavodunda “Rəqəmsal mayak” layihəsi uğurla həyata keçirilib və nəticədə, bu nüfuzlu mükafata layiq görülmüşük. Bu qalibiyyət əsasən zavodun istismar komandasının gördüyü işlərin, eləcə də rəqəmsal alətlərin düzgün və səmərəli tətbiqinin nəticəsidir. Layihə çərçivəsində həyata keçirilən tədbirlər istehsal səmərəliliyinin və əməliyyat effektivliyinin əhəmiyyətli dərəcədə artmasına səbəb olub.

Emil Alxaslı bildirdi ki, layihə iki il ərzində icra olunub. 2023 və 2024-cü illərdə ilkin əsasların formalaşdırılması və ardınca analitik həllərin tətbiqi nəticəsində istismar göstəriciləri yaxşılaşdırılıb, xərclərin azaldılmasına nail olunub:

– Ümumilikdə, bu dövr ərzində zavodun istehsal gücü 21 faizdən çox artırılıb. Eyni zamanda, hər ton karbamid istehsalı üçün istifadə olunan təbii qaz sərfiyyatı 24 faizdən artıq azaldılıb ki, bu da bir sıra texnoloji və idarəetmə həllərinin tətbiqi hesabına mümkün olub. Bu həllərdən biri zavodda mövcud olan istilik-elektrik mərkəzindən daha səmərəli istifadə olunmasıdır. Bu çərçivədə “ENOM” layihəsi həyata keçirilib. Layihənin nəticəsi olaraq, istehsal göstəricilərinə uyğun şəkildə elektrik enerjisinin daxili istehsal və ya şəbəkədən alınması ilə bağlı operativ qərarlar qəbul edilir və bununla da ümumi səmərəlilik artırılır.

Digər mühüm istiqamət isə robot texnologiyalarının tətbiqi ilə təmir işlərinin sürətləndirilməsidir. Bildiyiniz kimi, Karbamid zavodu eyni zamanda ammonyak istehsalı ilə də məşğuldur və bu səbəbdən zavodun bəzi sahələri yüksək riskli ərazilər hesab olunur. Bu zonalarda insan iştirakının minimuma endirilməsi əsas hədəflərimizdən biridir. Bu məqsədlə “Boston Dynamics” şirkətinin robotları və xüsusi proqram təminatları tətbiq edilib. Nəticədə, həmin ərazilərdə məlumatların toplanması prosesi sürətləndirilib, əməkdaşlarımızın bu riskli zonalarda keçirdiyi vaxt əhəmiyyətli dərəcədə azaldılıb və proseslərin monitorinqi daha təhlükəsiz şəkildə həyata keçirilib. Eyni zamanda, zavodun istehsal proqramının optimallaşdırılması üçün hər 15 dəqiqədən bir istehsal göstəriciləri əsasında 1 milyondan artıq ssenarini təhlil edən xüsusi proqram təminatı tətbiq olunur.

Mediatur çərçivəsində Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban XQ-yə açıqlamasında bildirdi ki, Karbamid zavodunun perspektivi qlobal miqyasda, Davos kimi nüfuzlu iqtisadi forumlarda yüksək qiymətləndirilir:

– Əvvəla, bu çox önəmli hadisədir. Mükafat bir il ərzində aparılan müşahidələr, göstəricilərin dərin təhlili və qiymətləndirmələr əsasında verilir. Nəticədə “SOCAR Karbamid” zavodu bu nüfuzlu mükafata layiq görülüb. Nəzərə almaq lazımdır ki, SOCAR öz tarixində bir neçə dəfə transformasiya mərhələsindən keçmiş, əsas hədəflərini zamanın tələblərinə uyğun şəkildə yenidən müəyyənləşdirən bir şirkətdir. 2015-ci ildən sonrakı dövrə nəzər saldıqda isə, böyük neft gəlirləri fonunda SOCAR-ın genişlənmə mərhələsini açıq şəkildə görürük.

Şirkət Azərbaycan sərhədlərini aşaraq xarici ölkələrdə investisiyalara başlayıb və məhz bu investisiyalar hesabına gəlir əldə edir. Bəziləri bunu təəccüblə qarşılayır, lakin dünya üzrə aparıcı enerji şirkətləri də yalnız öz ölkələrinin sərhədləri ilə kifayətlənmirlər. Məsələn, Malayziyanın “Petronas” şirkəti 20-dən çox ölkədə fəaliyyət göstərir. Postpandemiya dövründə, xüsusilə 2020-ci ildən sonra SOCAR-ın qarşısında duran əsas vəzifə 2035-ci ilə qədər müəyyən edilmiş strategiya çərçivəsində azalan neft gəlirləri fonunda şirkətin enerji bazarında mövqeyini qoruması və inkişaf etdirməsidir.

Qlobal enerji keçidi dövründə neftə tələbatın azalması və bu sahəyə yanaşmanın dəyişməsi SOCAR-ı yeni istiqamətlərə yönəldir. Karbamid zavodu kimi müəssisələrin yaradılması bu strategiyanın tərkib hissəsidir. Burada məqsəd yalnız xammal ixracı deyil, qaz kimi resursların tam emal olunaraq yüksək dəyərli məhsula çevrilməsidir. Karbamid qaz məhsuludur və istehsal edilən məhsulun 12 faizi daxili bazara yönəldilir, 88 faizi isə xarici bazarlarda satılır. Bu yanaşma metanol və polimer istehsalı kimi digər sahələri də əhatə edir və hamısı eyni strateji xəttin tərkib hissəsidir.

Məhz karbamid sahəsində əldə edilən uğur və mükafat prosesi əvvəlcə “Petkim”, daha sonra “STAR” zavodu ilə başlamış rəqəmsallaşdırma və avtomatlaşdırmanın mükəmməlləşdirilməsi ilə bağlıdır. Avtomatika əvvəllər də mövcud idi, lakin onun imkanları, miqyası və iqtisadi təsiri əsasən 2020-ci ildən sonra rəqəmsal texnologiyalarla ciddi şəkildə genişlənib.

Əvvəllər bu sistemlər daha çox təhlükəsizlik, vaxta qənaət və operatorun işinin avtomatlaşdırılması məqsədi daşıyırdı. Bu gün isə nəticələr konkret rəqəmlərlə ölçülür ki, 18 faiz enerji qənaəti, 6 faiz hazır məhsul həcminin artımı buna misaldır. Bu nəticələr süni intellekt və qabaqcıl rəqəmsal həllərin tətbiqi sayəsində mümkün olub. Əlbəttə, bunun üçün böyük insan resursu və ciddi kapital yatırımı tələb olunurdu, lakin hazır həllər bu problemləri qısa zamanda effektiv şəkildə aradan qaldırmağa imkan verir.

Qeyd edək ki, “SOCAR Karbamid” Mərkəzi Asiya regionunda və Azərbaycanda fəaliyyət göstərən müəssisələr arasında bu platformaya qoşulan ilk zavod, SOCAR isə dünyada 3 “Digital Lighthouse Award” mükafatına sahib olan yeganə enerji şirkətidir. Belə ki, bundan öncə “Petkim” neft-kimya kompleksi və “STAR” neft emalı zavoduna “Digital Lighthouse Award” mükafatı təqdim olunub.

N.ETİBAROĞLU
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Yanvar 2026 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1145

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see600

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see342

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see324

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see323

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see322

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see316

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see275

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see250

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see223

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see198

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see197

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see197

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see195

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see194

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see191

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see191

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see181

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see176

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri