Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. COP29 çox uğurla davam etməkdədir.
Noyabrın 13-də Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində 80-dən çox dövlət və hökumət başçısı iştirak etdi.
Sammitdə Prezident İlham Əliyev mühüm məsələlərə toxunaraq kiçik ada dövlətlərinin qarşılaşdığı ekoloji problemlərdə Azərbaycanın onlara dəstəyi ilə yanaşı, Paris və Amsterdamın bu torpaqlarda yürütdüyü müstəmləkəçilik siyasətini kəskin pislədi.
Hazırda kiçik ada dövlətləri iqlim dəyişikliyindən çox əziyyət çəkir və bu məsələdə Qərbin böyük payı var.
COP29 böyük mühüm platforma kimi bəşəriyyəti narahat edən problemlərin müzakirə ünvanıdır və bu mənada belə mötəbər tərdbir problemləri nəzərə alınmayan və ya səsləri az eşidilən kiçik ada dövlətləri üçün olduqca vacibdir.
Dövlət başçımızın inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində çıxışı məhz, həmin dövlətlərinin səsinin qlobal arenada eşidilməsi və onlara maddi-texniki dəstəyin göstərilməsi baxımdan mühüm əhəmiyyət daşıyır.
Azərbaycan tək çağırışla kifayətlənmir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmiz kiçik ada dövlətlərinə hər zaman dəstək nümayiş etdir
Bunun bariz nümunəsidir ki, Qoşulmama Hərəkatında dördillik sədrliyi dövründə göstərdiyi maddi və humanitar yardımlardan 80-dən çox ölkə və