Icma.az
close
up
RU
Azərbaycan kiçik ada dövlətlərinə həmişə dəstəyini əsirgəməyəcək

Azərbaycan kiçik ada dövlətlərinə həmişə dəstəyini əsirgəməyəcək

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

COP29 çox uğurla davam etməkdədir. Noyabrın 13-də Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində 80-dən çox dövlət və hökumət başçısı iştirak etdi. Sammitdə Prezident İlham Əliyev mühüm məsələlərə toxunaraq kiçik ada dövlətlərinin qarşılaşdığı ekoloji problemlərdə Azərbaycanın onlara dəstəyi ilə yanaşı, Paris və Amsterdamın bu torpaqlarda yürütdüyü müstəmləkəçilik siyasətini kəskin pislədi.

Hazırda kiçik ada dövlətləri iqlim dəyişikliyindən çox əziyyət çəkir və bu məsələdə Qərbin böyük payı var. COP29 böyük mühüm platforma kimi bəşəriyyəti narahat edən problemlərin müzakirə ünvanıdır və bu mənada belə mötəbər tərdbir problemləri nəzərə alınmayan və ya səsləri az eşidilən kiçik ada dövlətləri üçün olduqca vacibdir.
Dövlət başçımızın inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində çıxışı məhz, həmin dövlətlərinin səsinin qlobal arenada eşidilməsi və onlara maddi-texniki dəstəyin göstərilməsi baxımdan mühüm əhəmiyyət daşıyır.
Azərbaycan tək çağırışla kifayətlənmir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmiz kiçik ada dövlətlərinə hər zaman dəstək nümayiş etdirib. Bunun bariz nümunəsidir ki, Qoşulmama Hərəkatında dördillik sədrliyi dövründə göstərdiyi maddi və humanitar yardımlardan 80-dən çox ölkə və 20 kiçik ada dövləti faydalanmışdır. Biz fəlakət qarşısında zəif olan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım göstərmişik. Biz, həmçinin su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək vermişik. Ondan çox kiçik ada dövləti Azərbaycan universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramımızdan yararlanıb.
Azərbaycan kiçik ada dövlətlərinin və digər inkişaf etməkdə olan ölkələrin qarşılaşdığı problemləri görür və onlara dəstək olmağa çalışır. Bakıdakı COP üçün seçdiyimiz “Yaşıl dünya naminə həmrəy olaq” şüarı Azərbaycanın COP29 missiyasının ruhunu əks etdirir. Biz bunu əməlimizlə göstərməyə çalışırıq. Həmrəylik olmadan yaşıl dünya mümkün deyil. Səsi ən az çıxan, təhlükəyə ən çox məruz qalan dövlətləri bu prosesə cəlb etmək bizim əsas hədəflərimizdəndir.
Azərbaycanın yanaşması təqdirəlayiqdir. Respublikamız iqlim dəyişikliyi ilə bağlı BMT-nin çağırışlarına fəal şəkildə qoşulan ölkələr sırasında yer alır. Dövlətimizin COP29 tədbirinə ev sahibliyini yüksək səviyyədə təşkil etməsi, respublikamızın iqlim dəyişikliyinə necə həssas yanaşdığını əyani şəkildə nümayiş etdirir. Azərbaycan kiçik ada dövlətlərinin problemlərini yaxşı anlayır və onlara dəstək verməyə hazırdır. Həmin ölkələri təhdid edən məsələlərlə bağlı COP29 çərçivəsində də geniş müzakirələr aparılmaqdadır.
Prezident İlham Əliyev çıxışı zamanı qeyd edib ki, əgər Avropanın əsas diplomatı Cozep Borrell Avropanı bağ, dünyanın qalan hissəsini isə cəngəllik adlandırırsa, onda Avropa Parlamenti ilə Avropa Şurası Parlament Assambleyasından daha nə gözləmək olar?! Dövlətimizin başçısı həm də C.Borrellin Azərbaycanın COP29-a sədrliyini pisləməsinə də kəskin münasibətini bildirdi və bu Avropa diplomatı cavabını aldı.
Bu gün belə təfəkkürlə yanaşmaq Borrelin və onun kimilərin hansı irqçi təfəkkürə malik olduğunu açıq-aydın göstərir. Təəssüf ki, dünyanın bir sıra dövlərləri Avropanın həyata keçirdiyi siyasətdən əziyyət çəkirlər. Xüsusilə dəniz aşırı regionlarda iqlim dəyişiklikləri nümunəsində də bunu görürük. Azərbaycan COP29 çərçivəsində müəyyən addımlar atır. Ancaq bəzi Avropa dövlətləri irqçi təfəkkürlə digər millətlərə dözümsüz münasibətdən xilas ola bilmir. Borrel digər dövlətləri COP29-da iştirak etməkdən çəkindirməyə çalışdı. COP29-da bir çox dövlət başçılarının iştirakı göstərdi ki, bu cəhdlərin nəticəsi olmadı. Azərbaycan bu istiqamətdə də öz uğurlarını təmin edə bildi. 80-dən çox dövlət və hökumət başçısının iştirakı, 70 mindən çox iştirakçının qediyyatdan keçməsi bu fikri bir daha təsdiqləyir.

Ceyhun Məmmədov
Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Noyabr 2024 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see320

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see315

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see299

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see295

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see293

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see293

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see287

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see281

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see281

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see270

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see256

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see251

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see247

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see244

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see238

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see236

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see233

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see232

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see220

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri