Icma.az xəbər verir, Sonxeber.az saytına əsaslanaraq. "Azərbaycan kiçik ada dövlətlərinə öz dəstəyini bundan sonra da davam etdirəcək" - DEP
Dövlətimizin başçısı müstəmləkə keçmişi olan ölkələri kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərməyə çağırdı".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Səbinə Salmanova deyib.
Onun sözlərinə görə, Azərbaycan kiçik ada dövlətlərinə dəstək göstərir: "Ölkəmiz bir sıra ölkələrə təbii fəlakətlərin təsirini azaltmaqla bağlı, həmçinin su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək göstərib.
Bundan başqa, Azərbaycanın Qoşulmama Hərəkatında dördillik sədrliyi dövründə göstərdiyi maddi və humanitar yardımlardan 80-dən çox ölkə və 20 kiçik ada dövləti faydalanıb".
Deputat söyləyib ki, dövlət başçısı neokolonializm və iqlim dəyişmələri mövzusunda səsləndirdiyi fikirlərlə ölkəmizin prinsipial mövqeyini bir daha dünyaya nümayiş etdirdi: "Dövlət başçımız dünyaya demokratiya dərsi keçən Fransa və Niderlandın bu sahədə törətdiyi cinayətlər, pozuntular, əməllərlə bağlı tədbir iştirakçılarına geniş məlumat verdi.
Bildiyiniz kimi, həmin ölkələr öz müstəmləkə ərazilərində uzun illər boyunca yüzlərlə nüvə sınaqları aparıblar və bu səbəbdən ətraf mühit ciddi şəkildə ziyan görüb.
Fransa və Niderland həmin ərazilərdə torpaq və suyun kəskin dərəcədə zəhərlənməsinə, radiasiya fonunun yüksəlməsinə görə məsuliyyət daşıyırlar".