Icma.az
close
up
RU
Azərbaycan kiçik ada dövlətlərinə öz dəstəyini bundan sonra da davam etdirəcək DEPUTAT

Azərbaycan kiçik ada dövlətlərinə öz dəstəyini bundan sonra da davam etdirəcək DEPUTAT

Icma.az xəbər verir, Sonxeber.az saytına əsaslanaraq.

"Azərbaycan kiçik ada dövlətlərinə öz dəstəyini bundan sonra da davam etdirəcək" - DEPUTAT

"Prezident İlham Əliyev COP29 çərçivəsində noyabrın 13-də keçirilən İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində çıxışı zamanı onların səsinin qlobal arenada eşidilməsi üçün bir daha öz qətiyyətli mövqeyini ortaya qoydu. Dövlətimizin başçısı müstəmləkə keçmişi olan ölkələri kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərməyə çağırdı".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, Azərbaycan kiçik ada dövlətlərinə dəstək göstərir:

"Ölkəmiz bir sıra ölkələrə təbii fəlakətlərin təsirini azaltmaqla bağlı, həmçinin su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək göstərib. Bundan başqa, Azərbaycanın Qoşulmama Hərəkatında dördillik sədrliyi dövründə göstərdiyi maddi və humanitar yardımlardan 80-dən çox ölkə və 20 kiçik ada dövləti faydalanıb".

Deputat söyləyib ki, dövlət başçısı neokolonializm və iqlim dəyişmələri mövzusunda səsləndirdiyi fikirlərlə ölkəmizin prinsipial mövqeyini bir daha dünyaya nümayiş etdirdi:

"Dövlət başçımız dünyaya demokratiya dərsi keçən Fransa və Niderlandın bu sahədə törətdiyi cinayətlər, pozuntular, əməllərlə bağlı tədbir iştirakçılarına geniş məlumat verdi. Bildiyiniz kimi, həmin ölkələr öz müstəmləkə ərazilərində uzun illər boyunca yüzlərlə nüvə sınaqları aparıblar və bu səbəbdən ətraf mühit ciddi şəkildə ziyan görüb. Fransa və Niderland həmin ərazilərdə torpaq və suyun kəskin dərəcədə zəhərlənməsinə, radiasiya fonunun yüksəlməsinə görə məsuliyyət daşıyırlar".

S.Salmanova xatırladıb ki, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Makron rejimi Yeni Kaledoniyada kanakların builki legitim etiraz aksiyasında 13 nəfərin həyatına son qoyub, 169 nəfəri yaralanıb, 1700 insan həbs edilib:

"Təəssüflər olsun ki, Fransanın dırnaqarası dəniz ərazilərində törətdiyi cinayətlər, insan hüquqlarının kütləvi surətdə və kobud şəkildə pozulması halları bəzilərini narahat etməyib. Əksinə, onlar heç nə olmamış kimi bu kimi cinayətlərə göz yumublar. Əgər elə olmasaydı, Avropa Komissiyası, Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası Fransanın bu addımlarına səssiz qalmazdılar. Hesab edirəm ki, bu qurumlar da günahsız insanların qətlinə, həbsinə görə Fransa hökuməti ilə eyni məsuliyyəti daşıyırlar", - xanım deputat deyib.

Parlamentari sonda onu bildirib ki, Azərbaycan kiçik ada dövlətlərinə öz dəstəyini bundan sonra da davam etdirəcək: "Ölkəmiz həmişə ədalətin tərəfində olacaq".


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:68
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 18 Noyabr 2024 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see321

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see282

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see253

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see243

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see192

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see191

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see187

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see187

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see151

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see135

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see134

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see134

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see130

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see124

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri