Icma.az bildirir, Sonxeber.az portalına istinadən. "Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir" - DEPUTAT
196 ölkədən 80-i prezident, vitse-prezident, Baş nazir olmaqla 72 min nəfərin iştirak etməsi COP29-da bütün dünyanın toplaşdığını göstərir.
Bu sözləri Milli Məclisin deputatı Nigar Məmmədova açıqlamasında söyləyib.
Deputat bildirib ki, Bakıda iqlim dəyişikliyi ilə mübarizə, yeni iqlim maliyyəsi hədəfinə çatmağın yolları müzakirə olunur.
COP29-da qlobal səviyyəli maliyyə arxitekturasının yaradılması istiqamətində mühüm addımlar atılmaqdadır.
Artıq doqquz il əvvəl qəbul olunan, lakin hələ də razılıq əldə etməyin mümkün olmadığı Paris Sazişinin 6.4-cü maddəsi üzrə razılaşmaya da nail olunub.
Bu isə sazişin prinsipial xarakter daşıyan 6-cı maddəsi üzrə razılaşmanın əldə olunmasına ümidləri artırır.
COP29-dan ən böyük gözləntilərdən biri də məhz budur. "COP29-da beynəlxalq maliyyə korporasiyaları da maliyyə töhfələrini artıracaqlarını bə