Icma.az
close
up
RU
Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir DEPUTAT

Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir DEPUTAT

Icma.az bildirir, Sonxeber.az portalına istinadən.

"Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir" - DEPUTAT

Dünyanın nüfuzlu liderləri, iqlim mütəxəssisləri artıq dörd gündür Bakıda COP29 çərçivəsində səmərəli müzakirələr aparırlar. 196 ölkədən 80-i prezident, vitse-prezident, Baş nazir olmaqla 72 min nəfərin iştirak etməsi COP29-da bütün dünyanın toplaşdığını göstərir.

Bu sözləri Milli Məclisin deputatı Nigar Məmmədova açıqlamasında söyləyib.

Deputat bildirib ki, Bakıda iqlim dəyişikliyi ilə mübarizə, yeni iqlim maliyyəsi hədəfinə çatmağın yolları müzakirə olunur. COP29-da qlobal səviyyəli maliyyə arxitekturasının yaradılması istiqamətində mühüm addımlar atılmaqdadır. Artıq doqquz il əvvəl qəbul olunan, lakin hələ də razılıq əldə etməyin mümkün olmadığı Paris Sazişinin 6.4-cü maddəsi üzrə razılaşmaya da nail olunub. Bu isə sazişin prinsipial xarakter daşıyan 6-cı maddəsi üzrə razılaşmanın əldə olunmasına ümidləri artırır. COP29-dan ən böyük gözləntilərdən biri də məhz budur.

"COP29-da beynəlxalq maliyyə korporasiyaları da maliyyə töhfələrini artıracaqlarını bəyan ediblər. Bu da COP29-da yeni iqlim maliyyəsi hədəfi üzrə tarixi razılaşmanın əldə olunması istiqamətində aparılan müzakirələr üçün yaxşı mühit yaradır. COP29 çərçivəsində təşkil olunan Liderlərin Sammitində isə Prezident İlham Əliyev ölkəmizin COP29-un ev sahibi kimi prioritetlərini bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Prezident, həmçinin COP29-un sədri kimi Azərbaycanın inkişaf etmiş və inkişaf edən ölkələr, Qlobal Cənub və Qlobal Şimal arasında ümumi anlaşmaya nail olmaq üçün əlindən gələni edəcəyini də xüsusi vurğuladı. Tədbirdə Azərbaycanın "Yaşıl gündəliyi" də COP29 iştirakçılarının diqqətinə çatdırıldı. Prezident bildirdi ki, bərpaolunan enerji sahəsində ölkəmizin texniki potensialı quruda 135 qiqavat, dənizdə isə 157 qiqavat təşkil edir. COP29 çərçivəsində Birləşmiş Krallığın bp şirkəti ilə 240 meqavatlıq Günəş enerjisi stansiyasının dörd il əvvəl erməni işğalından azad edilmiş Cəbrayıl rayonunda tikilməsi ilə bağlı imzalanacaq saziş isə əlavə imkanlar yaradır", - deyə N.Məmmədova bildirib.

Ötən gün COP29 çərçivəsində təşkil olunmuş inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitinin də səmərəli müzakirələr və maraqlı mesajlarla yadda qaldığını qeyd edən deputat deyib: "Belə ki, iqlim dəyişmələrinin ən kəskin təsiri ilə üzləşən ölkələrin səsi ilk dəfə məhz Bakıda təşkil edilən qlobal arenada eşidildi. Tədbirdəki çıxışında "Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir" deyən dövlətimizin başçısı bildirdi ki, həmin ölkələrin üzləşdiyi çağırışların aradan qaldırılması COP29-da Azərbaycanın göstərdiyi səylərin əsasını təşkil edir.

Kiçik ada dövlətlərinin başçıları da COP29-u ən yaxşı COP platforması kimi qiymətləndirərək, Bakıda aparılan müzakirələrin dayanıqlı və uzunmüddətli nəticələr verəcəyinə ümidvar olduqlarını bildirdilər. Bakı COP, eyni zamanda, həssas qruplardan və icmalardan olan, iqlim dəyişikliyindən əziyyət çəkən hər kəsin səsini çatdırmaq üçün ən effektiv platforma kimi dəyərləndirildi".


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 19 Noyabr 2024 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see309

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see309

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see306

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see302

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see280

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see279

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see277

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see276

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see260

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see252

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see250

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see238

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see236

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see234

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see224

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see216

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see216

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see210

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri