Azərbaycan Kolumbiyaya yüz min dollar maliyyə yardımı ayırdı | Icma.az
Icma.az, Teleqraf.com portalına istinadən məlumatı açıqlayır.
Dostluq əlaqələrinin təcəssümü kimi Azərbaycan Hökuməti Kolumbiyaya yüz min ABŞ dolları məbləğində humanitar maliyyə yardımı ayırmağa qərar verib.
Bu yardım Kolumbiyanın Duitama şəhər bələdiyyəsinin ərazisində yerləşən nadir ekosistemlərdən hesab olunan paramo qoruqlarının üzləşdiyi ekoloji problemlərin həlli üçün nəzərdə tutulub.
Teleqraf.com xəbər verir ki, Azərbaycan tərəfindən bu humanitar yardımın rəsmi təqdimatı üçün və Duitama şəhərinin meri Xose Luis Borkezin dəvəti əsasında iqamətgahı Mexiko şəhərində olmaqla, ölkəmizin Kolumbiyadakı səfiri Məmməd Talıbov həmin şəhərə səfər edib.
Şəhər meri və səfirin başçılığı ilə, Kolumbiyanın Milli Təbiət Parkları və yerli aidiyyəti qurumlarının nümayəndələri, fəallar və KİV təmsilçilərindən ibarət heyət 4000 metrə qədər yüksəkliklərdə yerləşən paramoları ziyarət edib, onların zəngin fauna və flora aləmi ilə yerində tanış olub.
Səfər zamanı azərbaycanlı qonaqlar paramoların əhəmiyyəti, eləcə də bu özünəməxsus ekosistemlərin qarşılaşdığı problemlər və onların həlli istiqamətində görülən işlər barədə ətraflı məlumatlandırlıb, ekosistemlərin bərpası üçün yaradılmış laboratoriyaların işi ilə tanış olublar.
Məlumat üçün bildiririk ki, paramolar And dağlarının yüksək yamaclarında yerləşməklə susaxlayıcı, iqlimtənzimləyici, sanitar-estetik və s.
əhəmiyyətə malik olan ekoloji sistemlərdir. Planetimizin mühafizəsi baxımından Amazon hövzəsi qədər əhəmiyyətli olan bu ekosistemlər Kolumbi
Tam oxu
Xəbəri oxu