Icma.az
close
up
RU
Azərbaycan Kolumbiyaya yüz min dollar maliyyə yardımı ayırdı

Azərbaycan Kolumbiyaya yüz min dollar maliyyə yardımı ayırdı

Icma.az, Teleqraf.com portalına istinadən məlumatı açıqlayır.

Dostluq əlaqələrinin təcəssümü kimi Azərbaycan Hökuməti Kolumbiyaya yüz min ABŞ dolları məbləğində humanitar maliyyə yardımı ayırmağa qərar verib. Bu yardım Kolumbiyanın Duitama şəhər bələdiyyəsinin ərazisində yerləşən nadir ekosistemlərdən hesab olunan paramo qoruqlarının üzləşdiyi ekoloji problemlərin həlli üçün nəzərdə tutulub.

Teleqraf.com xəbər verir ki, Azərbaycan tərəfindən bu humanitar yardımın rəsmi təqdimatı üçün və Duitama şəhərinin meri Xose Luis Borkezin dəvəti əsasında iqamətgahı Mexiko şəhərində olmaqla, ölkəmizin Kolumbiyadakı səfiri Məmməd Talıbov həmin şəhərə səfər edib. Şəhər meri və səfirin başçılığı ilə, Kolumbiyanın Milli Təbiət Parkları və yerli aidiyyəti qurumlarının nümayəndələri, fəallar və KİV təmsilçilərindən ibarət heyət 4000 metrə qədər yüksəkliklərdə yerləşən paramoları ziyarət edib, onların zəngin fauna və flora aləmi ilə yerində tanış olub. Səfər zamanı azərbaycanlı qonaqlar paramoların əhəmiyyəti, eləcə də bu özünəməxsus ekosistemlərin qarşılaşdığı problemlər və onların həlli istiqamətində görülən işlər barədə ətraflı məlumatlandırlıb, ekosistemlərin bərpası üçün yaradılmış laboratoriyaların işi ilə tanış olublar.

Məlumat üçün bildiririk ki, paramolar And dağlarının yüksək yamaclarında yerləşməklə susaxlayıcı, iqlimtənzimləyici, sanitar-estetik və s. əhəmiyyətə malik olan ekoloji sistemlərdir. Planetimizin mühafizəsi baxımından Amazon hövzəsi qədər əhəmiyyətli olan bu ekosistemlər Kolumbiyanın şirin su ehtiyatlarının 70%-ni təşkil edir.

Daha sonra Duitama şəhərinin “Azadlıq Meydanı”nda kütləvi informasiya vasitələrinin təmsilçilərinin iştirakı ilə brifinq keçirilib. Mer X.L.Borkez Azərbaycan hökuməti tərəfindən göstərilən yüksək diqqətə və maliyyə yardımına görə şəhər adından minnətdarlığını çatdırıb, ayrılan vəsaitin paramoların bərpası və mühafizəsi baxımından çox əhəmiyyətli olduğunu diqqətə çatdırıb.

Səfir M.Talıbov öz növbəsində Azərbaycan və Kolumbiyanın iqlim dəyişikliyinin təsirlərindən əziyyət çəkən tərəflər olaraq, təkcə milli səviyyədə deyil, eləcə də beynəlxalq müstəvidə bu çağırışlara ciddi əhəmiyyət verdiyini vurğulayıb. Ölkəmizin COP29-a müvəffəqiyyətlə ev sahibliyi etməsinə toxunan diplomat sözügedən tədbirin iqlim danışıqları tarixində ən uğurlu COP-lardan biri hesab olunduğunu vurğulayıb və onun yekun nəticələrindən bəhs edib. Eyni zamanda, diplomat Azərbaycan, Kolumbiya və Səudiyyə Ərəbistanı Krallığı hökumətlərinin yeni tərəfdaşlığı çərçivəsində həyata keçirilən “Rio Trio” təşəbbüsünün mühüm əhəmiyyət kəsb etdiyi bildirilib.

Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi vasitəsilə ayrılan maliyyə yardımı, eləcə də ölkəmizin səfirinin Duitama şəhərinə səfəri Kolumbiyanın aparıcı KİV-lərində geniş işıqlandırılıb, Kolumbiya hökumətini və parlamentini təmsil edən şəxslər bu yöndə paylaşımlar ediblər. Sosial şəbəkələrdəki aidiyyəti xəbərlər yerli sakinlər tərəfindən rəğbətlə qarşılanıb.

Yerli KİV-lərdə məsələ ilə əlaqədar dərc edilmiş bəzi məqalələrlə aşağıdakı linklər vasitəsilə tanış olmaq mümkündür:

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 19 Dekabr 2024 21:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see746

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see578

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see328

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see321

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see290

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see288

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see282

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see272

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see270

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see269

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see267

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see255

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see240

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see237

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see230

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see220

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see213

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see211

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri