Azərbaycan kuboku matçında bədbəxt hadisə

03.12.2024

Operativ MM saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Futbol üzrə Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində keçirilən “Turan Tovuz” - “Sabah” matçında bədbəxt hadisə baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, matçın 22-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Denis Marandiçinin ayağı sınıb.

“Sabah”ın hücumçusu Pavol Şafranko ilə mübarizədə ayağına zərbə alan moldovalı müdafiəçi meydandan təcili tibbi yardım maşını ilə çıxarılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью