Azərbaycan kuboku matçında bədbəxt hadisə
Operativ MM saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Futbol üzrə Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində keçirilən “Turan Tovuz” - “Sabah” matçında bədbəxt hadisə baş verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, matçın 22-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Denis Marandiçinin ayağı sınıb.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
“Sabah”ın hücumçusu Pavol Şafranko ilə mübarizədə ayağına zərbə alan moldovalı müdafiəçi meydandan təcili tibbi yardım maşını ilə çıxarılıb.

Azərbaycan kuboku matçında bədbəxt hadisə
03 Dekabr 2024 22:37

