Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır. "Azərbaycan Kubokunun 1/4 final mərhələsinə gözlənilən komandalar yüksəlib".
Moderator.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov deyib.
Mütəxəssis qarşılaşamaların maraqlı keçdiyini söyləyib: "Adətən kubok oyunlarında sürpriz nəticələr müşahidə olunur.
Xüsusilə mərhələ bir matçdan ibarət olanda oyunlar daha gərgin keçir. Bu matçlar da oxşar şəkildə keçdi.
Əsas məqam I Liqa komandalarının Premyer Liqa təmsilçiləri ilə görüşləridir. Səviyyə fərqi sözünü deyəcəkdi.
Digər tərəfdən Premyer Liqa komandalarının bir-biriləri ilə oyunları da maraqlı alındı.
Nəticələrə gəlincə, aşağı liqa təmsilçiləri səviyyə fərqinə baxmayaraq, əzmkar oyun göstərdilər.
Hesablara baxsaq, qarşılaşmaların Premyer Liqa komandaları üçün heç də asan olmadığını görərik. Lakin ustalıq sözünü deyirdi.