Icma.az
close
up
RU
“Azərbaycan Kubokunun 1/4 finalına gözlənilən komandalar yüksəldi“ Arif Əsədov

“Azərbaycan Kubokunun 1/4 finalına gözlənilən komandalar yüksəldi“ Arif Əsədov

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

"Azərbaycan Kubokunun 1/4 final mərhələsinə gözlənilən komandalar yüksəlib".

Moderator.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov deyib.

Mütəxəssis qarşılaşamaların maraqlı keçdiyini söyləyib:

"Adətən kubok oyunlarında sürpriz nəticələr müşahidə olunur. Xüsusilə mərhələ bir matçdan ibarət olanda oyunlar daha gərgin keçir. Bu matçlar da oxşar şəkildə keçdi. Əsas məqam I Liqa komandalarının Premyer Liqa təmsilçiləri ilə görüşləridir. Səviyyə fərqi sözünü deyəcəkdi. Digər tərəfdən Premyer Liqa komandalarının bir-biriləri ilə oyunları da maraqlı alındı. Nəticələrə gəlincə, aşağı liqa təmsilçiləri səviyyə fərqinə baxmayaraq, əzmkar oyun göstərdilər. Hesablara baxsaq, qarşılaşmaların Premyer Liqa komandaları üçün heç də asan olmadığını görərik. Lakin ustalıq sözünü deyirdi. Bəzi komandalar son dəqiqlərdə qol vuraraq növbəti mərhələyə vəsiqə qazandılar. Ümumilikdə növbəti mərhələyə gözlənilən komandaların adladığını deyə bilərəm".

A.Əsədov "Zirə" - "Neftçi" (1:0) görüşünə xüsusi toxunub:

"Neftçi" ilə "Zirə", həmçinin "Qarabağ"la "Karvan-Yevlax" arasında baş tutan görüşləri qeyd edərdim. "Zirə" - "Neftçi" matçını final kimi də dəyərləndirmək olardı. Çünki hər ikisi kubokla yanaşı, Premyer Liqada da iddialıdır. "Neftçi" üçün vacib oyun idi. Ölkə çempionatında liderlə xal fərqi çox olduğu üçün əsas fikirlərini kuboka yönəltmişdilər. Düzdür, çox qol vurulmasa da, komandalar risk etmirdilər. Görünən o idi ki, qol vuran komanda üstünlüyü ələ alıb, hesabı qoruyacaq. "Zirə" də bundan istifadə etdi".

Qeyd edək ki, Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Turan Tovuz" "Kəpəz"lə, "Zirə" "Sumqayıt"la, "Şamaxı" "Qarabağ"la, "Sabah" isə "Qəbələ" ilə üz-üzə gələcək.

Mərhələnin ilk oyunları 3-4 fevralda, cavab matçları 3-4 martda təşkil olunacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://moderator.az
archiveBu xəbər 05 Dekabr 2025 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri