Icma.az, Ses qazeti portalına istinadən məlumat verir. Azərbaycan dövlətinin möhkəmləndirilməsində, inkişafında, zənginləşdirilməsində, gənc
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra hər sahədə olduğu kimi, mədəniyyət sahəsinə də böyük diqqət ayırırdı.
Mədəni həyatın demokratikləşdirilməsi, gənclərin, yeniyetmələrin, əmək qabilliyyətli insanların bu prosesdə yaxından iştirakını təmin etmək yönümündə addımlar atdı.
Mədəni irsimizin qorunub saxlanmasında, inkişaf etdirilməsində, onun geniş təbliğində, dünya miqyasında şöhrət tapmasında Böyük Şəxsiyyət Heydər Əliyevin əvəzsiz xidmətləri oldu.
Ədəbiyyat, teatr, kino, musiqi, rəssamlıq və bir çox başqa sahələrdəki inkişaf və tərəqqi Azərbaycan dövlətinin, onun rəhbəri Heydər Əliyevin diqqət və qayğısının nəticəsində reallaşdı.
Ümummilli Lider Heydər Əliyevin milli-mənəvi dəyərlərimizə göstərdiyi qayğı müstəqil Azərbaycanın mənəvi həyatında əsaslı yüksəlişi ilə nəticələndi.
Qeyd edək ki, Azərbaycan tarixinin dönüş nöqtəsi 1969-cu ildən başlanır.
Azərbaycan həyatında baş verən proseslər Heydər Əliyevin hakimiyyətdə olduğu bir zamanda öz həllini tapdı.