Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Azərbaycan mədəniyyətinin himayədarı Dahi Şəxsiyyət

Azərbaycan mədəniyyətinin himayədarı Dahi Şəxsiyyət

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Azərbaycan dövlətinin möhkəmləndirilməsində, inkişafında, zənginləşdirilməsində, gənclərin fiziki və mənəvi tərbiyəsində müstəsna rolu olan Ulu Öndər Heydər Əliyev mədəniyyətin xalqın mənəvi dünyasının, milli mövcudluğunun əsas atributlarından biri olduğundan daim bu sahəni diqqətdə saxlayırdı. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra hər sahədə olduğu kimi, mədəniyyət sahəsinə də böyük diqqət ayırırdı. Mədəni həyatın demokratikləşdirilməsi, gənclərin, yeniyetmələrin, əmək qabilliyyətli insanların bu prosesdə yaxından iştirakını təmin etmək yönümündə addımlar atdı. Mədəni irsimizin qorunub saxlanmasında, inkişaf etdirilməsində, onun geniş təbliğində, dünya miqyasında şöhrət tapmasında Böyük Şəxsiyyət Heydər Əliyevin əvəzsiz xidmətləri oldu. Ədəbiyyat, teatr, kino, musiqi, rəssamlıq və bir çox başqa sahələrdəki inkişaf və tərəqqi Azərbaycan dövlətinin, onun rəhbəri Heydər Əliyevin diqqət və qayğısının nəticəsində reallaşdı. Ümummilli Lider Heydər Əliyevin milli-mənəvi dəyərlərimizə göstərdiyi qayğı müstəqil Azərbaycanın mənəvi həyatında əsaslı yüksəlişi ilə nəticələndi.

Qeyd edək ki, Azərbaycan tarixinin dönüş nöqtəsi 1969-cu ildən başlanır. Azərbaycan həyatında baş verən proseslər Heydər Əliyevin hakimiyyətdə olduğu bir zamanda öz həllini tapdı. Ümummilli Liderin milli mədəniyyətin, Azərbaycan elminin inkişafına diqqət ayırması respublikanın Avropa və dünya inteqrasiyasına daxil olması ilə nəticələndi. Sovet dövründə, eləcə də müstəqillik illərində elmi-mədəni potensialdan istifadə dövlətin siyasətinin başlıca amilinə çevrilmişdir. Dövrün tələblərini nəzərə alaraq, zəngin dəyərlərə malik olan xalqın intellekt potensialının üzə çıxarılması istiqamətində ardıcıl, məqsədyönlü fəaliyyət qısa bir zamanda öz nəticələrini vermiş oldu. Onun rəhbərliyi və təşəbbüsü ilə Azərbaycanda elm, mədəniyyət, təhsil ocaqları müasir standartlara cavab verən bir səviyyədə təmir və bərpa olundu. Ümummilli Liderin imzaladığı çoxsaylı sərəncamlar əsaslı dəyişikliklərlə nəticələndi. Respublikamızda kitabxanalar yaradıldı, muzeylər açıldı, teatr və musiqi ocaqları təmir edildi, eləcə də, ali təhsil ocaqlarına xüsusi diqqət yetirildi. Bütün bunların hər biri Azərbaycanın inkişafına, eləcə də gənc nəslin intellektual səviyyəsinin yüksəlməsinə təkan verdi. Eləcə də, regionlarda böyük işlər görüldü. Mövcud mədəniyyət müəssisələri təmir edildi, əhaliyə göstərilən mədəni xidmət yüksəldildi. Tarixi muzeyşünaslıq, diyarşünaslıq müəssisələri yaradıldı. Bu nöqteyi-nəzərdən Azərbaycan çox sürətlə inkişaf etməyə başladı. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı XX yüzilliyin son onilliyində yaşanılan böhran, xaos, gərginlik kimi anları aradan qaldırdı. Bu qayıdış Azərbaycanın hərtərəfli və dinamik inaişafını təmin etdi və müstəqilliyin, demokratiyanın, milli tərəqqinin təməlinin əsasını qoydu. 1993-cü ildən gələcəyə ümid yox dərəcəsində idisə, qısa bir zamanda təfəkkürlərdə, milli düşüncələrdə dönüş yarandı.

Qədim zəngin mənəvi mədəniyyətə malik xalqımız, məhz Ümummilli Lider Heydər Əliyevin mədəniyyət siyasəti nəticəsində öz varlığı, mənəvi irsi, keçmişi ilə fəxr edə bilər. Ulu Öndər Azərbaycan mədəniyyətinin və mənəviyyatının himayədarı idi. Həyatımızın bütün sahələrində iz salan Heydər Əliyevin elə qüdrətli və əzəmətli yadigarları var ki, zaman ötdükcə Dahi Şəxsiyyətin müqəddəs xatirəsi önündə ehtiramla baş əyir, əvəzsiz xidmətlərini heyrətlə, məhəbbətlə qarşılayırıq. Tarixi və mədəni hadisələrin məsafəsində Heydər Əliyevin xidmətləri daha parlaq, daha aydın görünməkdədir. Həyat təsdiqlədi ki, Azərbaycan mədəniyyətinin Heydər Əliyev qədər əsl himayədarı, böyük qayğıkeşi olmayıb.

"İNCƏSƏNƏTİN, MƏDƏNİYYƏTİN, XÜSUSƏN DƏ, MAHNININ, MUSİQİNİN OYNADIĞI ROLU HEÇ BİR VASİTƏ OYNAYA BİLMƏZ"

Heydər Əliyev mədəniyyətə sadəcə qayğı göstərməklə kifayətlənmirdi. İstənilən musiqi əsəri, incəsənət xadiminin yaradıcılığı, teatr tamaşası haqqında elə dəqiq fikirlər söyləyirdi, təhlillər edirdi ki, sənətşünaslar belə həsəd aparırdılar. Heydər Əliyev hər bir sənət sahibi ilə məhz o sənətin mahir bilicisi kimi söhbət edirdi.

Heydər Əliyevin xidmətləri nəticəsində Azərbaycan mədəniyyəti, sözün həqiqi mənasında, yüksəliş dövrü keçdi. Heydər Əliyev mədəniyyətin ictimai həyatda rolunu, mahiyyətini həmişə dəyərləndirir, mədəniyyət xadimlərini, musiqiçiləri yeni yaradıcılıq axtarışlarına ruhlandırmaq üçün onların əməyini yüksək qiymətləndirirdi. Azərbaycan incəsənətinin inkişafına nail olmaq üçün Heydər Əliyev görkəmli bəstəkarların, rəssamların, kino və teatr xadimlərinin yubileylərinin dövlət səviyyəsində keçirilməsinə böyük əhəmiyyət verirdi. 1994-cü ildə Heydər Əliyevin S ərəncamı ilə böyük Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illik yubileyi təntənə ilə qeyd edildi. Böyük Azərbaycan şairinin qardaş Türkiyədə yubiley şənlikləri keçirildi.

Heydər Əliyevin musiqi sahəsindəki unudulmaz xidmətlərindən söz açarkən vurğulamaq lazımdır ki, Müdrik İnsan müasir musiqinin yeni janrlarının yaradılması ilə bərabər, milli musiqimizin də unudulmamasına çalışırdı. Xüsusilə də Üzeyir Hacıbəylinin, Müslüm Maqomayevin əsərlərinin gənc nəsil tərəfindən öyrənilməsinə, tamaşaya qoyulmasına çox diqqət göstərirdi. Ümummilli Liderin Üzeyir Hacıbəyli sənətinin mahiyyətini göstərərək deyirdi: "Əgər nəzərə alsaq ki, əsrimizin əvvəllərində xalqımızın əksəriyyəti savadsız idi, kitab oxuya bilmirdi və kitablar da az idi, kino, televiziya və başqa vasitələr yox idi, təsəvvür edin, Ü.Hacıbəyov öz operası vasitəsilə M.Füzulinin sözlərini, "Arşım mal alan", "O olmasın bu olsun" və başqa operettaları vasitəsilə istədiyi fikirləri insanlara çatdırmaqla xalqımızın mənəvi və mədəni inkişafında nə qədər böyük xidmətlər göstəribdir".

Bu gün Azərbaycanda onlarla sənət xadimlərinin, yazıçıların, şairlərin, musiqiçilərin, rəssamların, memarların ev muzeyləri fəaliyyət göstərir. Azərbaycanda ev muzeylərinin yaradılmasının təşəbbüskarı da məhz Heydər Əliyevdir.

Müdrik Şəxsiyyət həmişə milli mədəniyyətə, onun tarixi qaynaqlarına diqqətlə yanaşırdı. Bu səbəbdən də, Azərbaycan mədəniyyətinin son illərdəki tarixi inkişaf yolu, məhz Heydər Əliyevin himayəsi və nəzarəti altında davam etmişdir. Musiqi ayrı-ayrı xalqlara məxsus olsa da insanları birləşdirən ən yaxşı vasitədir. Bu mənada müxtəlif xalqlar arasında mədəni körpülərin salınmasının vacibliyini dərk edən Ümumilli Lider çıxışlarının birində belə demişdi: "Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz".

"ÖLÜLƏR" KİMİ ƏSƏRİ HEÇ KİM YARADA BİLMƏYİB"

Uşaqlıq və gənclik dövründən ədəbiyyatı və teatrı sevən Heydər Əliyev dünya ədəbiyyatında ən mükəmməl dram əsərləri ilə yanaşı durmağa layiq olan "Ölülər"-ə böyük sevgisi olmuşdur. "Ölülər"dəki komizm bir xalqın taleyi ilə bağlı olan dərin ictimai uyğunsuzluğun, ölü şüurla ağıl, mənəvi korluqla gözüaçıqlıq, ifrat xurafat və fanatizmlə sağlam düşüncə kimi ziddiyyət bu əsərin sevilməsində mühüm amildir. 1916-cı il aprelin 29-da ilk dəfə Bakıda göstərilən tamaşa həmin ilin iyununda Daşkənddə (özbək dilində), iyul ayında Mahaçqala şəhər teatrında, avqustda Vladiqafqazda, 1917-ci ildə Tiflisdə, Gəncədə, Naxçıvanda və s. şəhərlərdə tamaşaya qoyulub və böyük müvəffəqiyyət qazanıb. Hər zaman Azərbaycan mədəniyyətinə xüsusi diqqət və qayğı ilə yanaşan Ulu Öndər Heydər Əliyev də "Ölülər" əsərinə yüksək qiymət verib. "Əgər Cəlil Məmmədquluzadə kimi şəxsiyyət dünyaya gəlməsəydi, öz fəaliyyətini göstərməsəydi, əgər "Molla Nəsrəddin" jurnalı yatmış insanları qaranlıqdan çıxarmağa çalışmasaydı, əgər onun "Ölülər" əsəri insanların gözünü real dünyaya açmasaydı xalqımız bu qədər inkişaf edə bilməzdi" – deyə Heydər Əliyev bildirimişdi. Ulu Öndər özü müsahibələrində belə deyirdi: "Yuxarı siniflərdə oxuyarkən mən teatra böyük maraq göstərir, tez-tez yerli dram teatrının tamaşalarına gedib baxırdım... Beləliklə, teatrımız Mirzə Cəlilin "Ölülər" pyesini tamaşaya qoydu və mən də böyük məmnuniyyətlə bu tamaşaya bir neçə dəfə baxdım. "Ölülər" pyesi dərin fəlsəfi əsərdir. Öz fəlsəfi siqlətinə görə, o, Azərbaycan ədəbiyyatının dramatik əsərləri arasında ilk cərgədə durur. Eyni zamanda onu digər əsərlərdən fərqləndirən cəhət dərin milli ruhu, xəlqiliyidir... Mən Şekspirdən başlayaraq bütün dram əsərlərini bilirəm. Hesab edirəm ki, "Ölülər" kimi əsəri heç kim yarada bilməyib. Çünki bu cür mövzu tapmaq özü bir fəlsəfədir, dahilikdir..."

Heydər Əliyev hələ gənc yaşlarından teatra çox bağlı idi. Məktəb və tələbəlik illərində dram dərnəklərində səhnədə çıxışlar edən Heydər Əliyev teatrı çox sevirdi və o, Azərbaycan milli teatrını bizim milli sərvətimiz adlandırırdı. Müntəzəm olaraq teatr tamaşalarını izləyən Ümummilli Lider yaradıcı heyətlə görüşüb, öz tövsiyə və tapşırıqlarını verirdi.

HEYDƏR ƏLİYEV ELƏ BİR ÖMRÜN MÜƏLLİFİDİR Kİ, BU ÖMRÜN ARXASINDA AZƏRBAYCAN, AZƏRBAYCANA XİDMƏT, AZƏRBAYCANIN SİVİLİZASİYASI DAYANIR

Xalqın zəngin mənəvi dünyasının öyrənilməsi problemi müstəqil Azərbaycan Respublikasının qurucusu, Ümummilli Lider Heydər Əliyevin elm və mədəniyyət quruculuğu siyasətinin tərkib hissəsi kimi daim diqqət mərkəzində olmuşdur. 1993-cü ildə sosial-mədəni həyatımızda əhəmiyyətli dönüşə səbəb olan Böyük Qayıdışdan sonra məhz "Folklor sarayı"nın yaradılması böyük və uzaqgörən şəxsiyyətin uğurlu siyasətinin nəticəsi kimi gerçəkləşdi. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü, diqqət və qayğısı ilə formalaşmış "Folklor Sarayı" Elmi-Mədəni Mərkəzinin yaradılması faktı Azərbaycan xalqının mənəvi ehtiyatlarının demokratik cəmiyyət və dövlət quruculuğu işinə səfərbər edilməsinin real təzahürüdür. Qeyd edək ki, keçmiş Sovetlər Birliyi dönəmində müttəfiq respublikaların Elmlər Akademiyaları sistemində Folklor və Etnoqrafiya, Folklor və Arxeologiya bölmə və institutları fəaliyyət göstərirdi. Amma Azərbaycanda belə bir institut mövcud deyildi. Folklor Elmi-mədəni Mərkəzinin yaranması bu boşluğun aradan qaldırılması üçün geniş imkanlar açdı. Zəngin folklor materialının toplanması, tərtibi, təsnifi, tədqiqi və nəşri, eləcə də elmi-nəzəri və praktiki işlərin reallaşması ardıcıl və ciddi fəaliyyət sferasına daxil oldu. Belə səmərəli fəaliyyətin nəticəsi çoxcildli regional antologiyaların, tematik elmi topluların, dissertasiya və monoqrafiyaların, tədqiq və tərcümələrin mükəmməl nümunələrinin nəşri üçün geniş imkanlar açdı. Milli, humanitar, ictimai və milli-ideoloji təmayülünün istər elmi-mədəni, istərsə də ideoloji baxımdan əsas ağırlıq mərkəzlərindən birinə çevrilən Folklor İnstitutu yaradıldı. Özünəqayıdış, özündən istifadə, özünüdərk yalnız folklora qayıdışla, ondan faydalanmaqla mümkündür. Çünki folklorun yaddaşında hazır kodlar mövcuddur, sadəcə olaraq informatik siqnalların göndərilməsi onların funksionallığını təmin etmiş olur. Bu mənada Folklor İnstitutu milli-mənəvi dəyərlərin qorunduğu məbəddir.

Heydər Əliyev elə bir ömrün müəllifi oldu ki, bu ömrün arxasında Azərbaycan, Azərbaycana xidmət, Azərbaycanın sivilizasiyası dayanır. Heydər Əliyev şəxsiyyət, siyasi xadim, xalqın dayağı, onun hərəkətverici qüvvəsi olaraq Azərbaycan tarixində əsrin lideri olduğunu təsdiqlədi.

İstər sovet məkanında rəhbər olduüğu illərdə, istərsə də hakimiyyətə qayıdışından sonra Heydər Əliyev xalqın tarixinə əməlləri ilə iz saldı. Zaman ən böyük hakim olduğundan qısa məsafədən Azərbaycanın şanlı və silinməz tarixi yazıldı. Ölkə daxilində aparılan məqsədyönlü işlər, eləcə də, sərhədlərdən kənarda Azərbaycanın yürütdüyü siyasət müstəqil dövlətin təməlinin sütunlarını möhkəmlətdi və əbədiləşdirdi.

Zümrüd BAYRAMOVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 Dekabr 2024 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see757

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see567

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see515

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see378

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see300

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see260

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see254

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see251

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see250

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see237

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see233

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see229

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see212

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see203

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see198

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see197

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see189

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

02 Noyabr 2026 01:38see187

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

02 Noyabr 2026 02:49see180

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri