Icma.az, Azxeber.com portalına istinadən məlumat verir. Odlar yurdu—Azərbaycan tarixi ipək yolu üstündə müxtəlif sivilizasiyaların qovuşduğu
Burada multikulturalizm alternativi olmayan həyat tərzi yaşanır.
Azərbaycanın paytaxtı Bakıda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması istiqamətində çox iş görmüşdür.
Bəşəri dəyərlərə , bütün xalqların milli- mənəvi sərvətlərinə hörmətlə yanaşan, bunu beynəlxalq səviyyədə təbliğ edən Azərbaycan xalqı multikulturalizm ənənələrinə sadiqliyi ilə də seçilir.
Sivilizasiyalar, Asiya ilə Avropa arasında coğrafi, mədəni, siyasi baxımdan körpü rolunuoynayan, heç zaman dini, milli zəmində münaqişə yaşanmayan respublikamız əbəs yerə nadir sabit ölkə adlandırılmır.
Ölkəmizdə yaşayan millətlər, müxtəlif dinlərin nümayəndələri ən ağır zamanlarda belə Azərbaycanın ümumi inkişafı naminə birgə çalışmışlar.
Azərbaycanın illərdən bəri humanitar platforma adlandırılması da xalqımızın birgəyaşayış qaydalarına hörmətinin ifadəsidir.
Bu günlərdə ölkəmiz qalib, bütövləşən, yeni dövrün reallıqlarını yaşayan Azərbaycan olaraq COP29 kimi son dərəcə möhtəşəm beynəlxalq tədbirə ev sahibliyi edir.