Icma.az
close
up
RU
Menu

İran rejimi legitimliyini itirir ŞƏRH

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Saça yapışan saqqızdan qurtulmağın yolları

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Azərbaycan mədəniyyətlərarası dialoqda fəal rol oynayır Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Azərbaycan mədəniyyətlərarası dialoqda fəal rol oynayır Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.

Odlar yurdu—Azərbaycan tarixi ipək yolu üstündə müxtəlif sivilizasiyaların qovuşduğu, millətlərin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı məmləkətdir. Burada multikulturalizm alternativi olmayan həyat tərzi yaşanır. Azərbaycanın paytaxtı Bakıda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması istiqamətində çox iş görmüşdür.

Bəşəri dəyərlərə , bütün xalqların milli- mənəvi sərvətlərinə hörmətlə yanaşan, bunu beynəlxalq səviyyədə təbliğ edən Azərbaycan xalqı multikulturalizm ənənələrinə sadiqliyi ilə də seçilir. Sivilizasiyalar, Asiya ilə Avropa arasında coğrafi, mədəni, siyasi baxımdan körpü rolunuoynayan, heç zaman dini, milli zəmində münaqişə yaşanmayan respublikamız əbəs yerə nadir sabit ölkə adlandırılmır. Ölkəmizdə yaşayan millətlər, müxtəlif dinlərin nümayəndələri ən ağır zamanlarda belə Azərbaycanın ümumi inkişafı naminə birgə çalışmışlar. Azərbaycanın illərdən bəri humanitar platforma adlandırılması da xalqımızın birgəyaşayış qaydalarına hörmətinin ifadəsidir. 

Bu günlərdə ölkəmiz qalib, bütövləşən, yeni dövrün reallıqlarını yaşayan Azərbaycan olaraq COP29 kimi son dərəcə möhtəşəm beynəlxalq tədbirə  ev sahibliyi edir. İki həftə ərzində dünyanın mərkəzinə çevrilmək Azərbaycanın bu günə qədər keçdiyi yolun, eyni zamanda, tədbirdən sonrakı dövrün  reallıqları barədə aydın təsəvvür yaradır. Azərbaycan Prezidenti cənab İlham Əliyev noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki tarixi çıxışında mühüm məqamlara toxunub. Ölkə başçısı deyib ki, əfsuslar olsun ki, ikili standartlar, digər ölkələrə dərs vermək adəti və siyasi riyakarlıq bəzi Qərb ölkələrindəki bəzi siyasətçilər, dövlət nəzarətində olan QHT-lər və feyk-xəbər mediası üçün fəaliyyət metoduna çevrilib. "Mənim sonuncu mesajım o dairələrədir ki, onlar demək olar, artıq bir ildir boykotu təşviq edirlər. Onlar əllərində olan bütün vasitələrdən istifadə edirlər ki, Bakıdakı COP29-a qarşı boykot kampaniyası həyata keçirilsin. Onlara pis xəbərim var: bizim 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçımız var. Onların arasında 80 Prezident, Vitse-prezident və Baş nazir var. Beləliklə, dünya Bakıda toplaşıb və biz dünyaya deyirik ki, "Azərbaycana xoş gəlmisiniz!”, – dövlət başçısı bildirib.

Bu gün Bakıda öz işini uğurla davam etdirən COP29 yeni əlaqələrin qurulmasında, yeni körpülərin  salınmasında əhəmiyyətli rol oynayacaq. Prezident İlham Əliyevin COP29 çərçivəsində keçirdiyi ikitərəfli görüşlərin say tərkibinə, müzakirə olunan məsələlərin əhatə dairəsinə  diqqət yetirsək Azərbaycanın beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyini, söz sahibliyini aydın şəkildə görə bilərik. Liderlər Sammitindəki çıxışlarda səsləndirilən fikirlər də  bir daha bu gün Azərbaycanın yaratdığı yeni reallıqlar,  müxtəlif sahələrdə zəngin təcrübəsi ilə sivil dünyanın diqqətində olduğunu təsdiqləyir. BMT-nin Baş katibi Antonio Quterreş  bu real qiymətləndirmənin təsdiqi olaraq  bildirdi ki, Prezidentlər  əməkdaşlığımıza etibar edə bilərlər. Həqiqətən də Prezident cənab İlham Əliyevin  səyi nəticəsində uğurlu bir COP-a imza atacağıq.  Malayziyanın paytaxtı Kuala Lumpurun meri, BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) sabiq icraçı direktoru xanım Maimuna Mohd Şərif isə  COP29-a Azərbaycanın, Bakının ev sahibliyi etdiyinə  görə dövlət başçısı İlham Əliyevə  təşəkkür etdi. Bildirdi ki,  həqiqətən də Siz  rəhbərliyiniz və liderliyinizlə hamını sülhün vacibliyinə inandırdınız. Sülh olmadan dayanıqlı inkişaf barədə danışmaq mümkün deyil. Dayanıqlı inkişaf olmadan isə biz sülhü yarada bilmərik.  Liderlər Sammitində Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə verdiyi töhfələr təqdir edildi. NASA astronavtları xanım Sunita Vilyams və Nik Heyqin  Beynəlxalq Kosmik Stansiyadan xüsusi video müraciətlərində vurğuladılar ki,   beynəlxalq komanda olaraq Azərbaycana, eyni zamanda, COP29-da iştirak edən bütün tərəflərə planetimizin gözəlliyini və təhlükəsizliyini qoruduqlarına görə təşəkkür edirik.

Göründüyü kimi, Azərbaycanın qlobal çağırışları yüksək səviyyədə cavablandırması, bu problemlərin həlli üçün beynəlxalq həmrəyliyin gücləndirilməsinin zəruriliyini bildirməklə yanaşı, bu məsələlərin reallaşmasına verdiyi davamlı töhfələr beynəlxalq ictimaiyyətin diqqətindən kənarda qalmır.

Hər bir beynəlxalq əhəmiyyətli tədbir həqiqətlərimizin təbliğində əhəmiyyətli rol oynayır. COP29-un iştirakçılarının çoxluğu, ən əsası böyük əksəriyyətinin ölkəmizdə ilk dəfə olması Azərbaycan həqiqətləri barədə dolğun məlumat əldə etmələri ilə yanaşı, onları ölkələrində təbliğ etmələrinə geniş imkanlar yaradacaq. Tarixi Zəfərimizdən sonra hazırda işğaldan azad edilmiş  ərazilər genişmiqyaslı bərpa-quruculuq dövrünü yaşayır. Liderlər Sammitindəki çıxışlarda da qeyd olunduğu kimi, dağılmış şəhərlərimiz, kənd və qəsəbələrimiz Prezident cənab İlham Əliyevin fəaliyyəti nəticəsində yenidən bərpa edilir. Bu, Dayanıqlı İnkişaf Məqsədlərinə əsaslanır.

Qonaqlar ölkəmizlə daha yaxından tanış olmaq, onun tarixini, ənənələrini və mədəniyyətini öyrənmək imkanı qazanırlar. Prezident İlham Əliyev Liderlər Sammitindəki  çıxışında diqqəti bir daha 30 illik işğal və postmünaqişə dövrünün reallıqlarına yönəldərək qeyd etdi ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin Ermənistan tərəfindən 30 illik işğalına, etnik təmizləməyə və bir milyon azərbaycanlının öz doğma torpaqlarından qovulmasına baxmayaraq, biz özünü təmin edən iqtisadiyyata və müstəqil siyasətə malik güclü ölkəni qura bildik. Dörd il öncə biz İkinci Qarabağ müharibəsində tarixi Qələbəni qeyd etdik. Bir il əvvəl biz BMT-nin Nizamnaməsinə, beynəlxalq hüquqa və BMT-nin Təhlükəsizlik Şurasının 30 il kağız üzərində qalmış qətnamələrinə uyğun olaraq, suverenliyimizi tam bərpa etdik. Biz həmin qətnamələri özümüz icra etdik, beynəlxalq hüququ, ədaləti bərpa etdik və Ermənistanın işğalına son qoyduq.

Azərbaycan növbəti uğur hekayəsini yazır. COP29 Azərbaycana böyük iqtisadi və siyasi dividend qazandıracaq. Yeni əlaqələr, yeni körpülər qurulacaq. Azərbaycan bu əlaqələrin təşəbbüsçüsü və iştirakçısı olaraq beynəlxalq arenada söz sahibliyini daha da artıracaq. Dünyanın Bakıya toplaşması, qlobal məsələlərin məhz Azərbaycanda müzakirə olunaraq ümumi mövqeyin ortaya qoyulması ölkəmizin sabitləşdirici, birləşdirici aktor kimi  artan roluna işıq salır.

Bu gün COP29-un boykot edilməsinin Azərbaycana heç bir mənfi təsiri yoxdur. Bu BMT-nin tədbiridir və edilən boykot BMT-yə edilir. Bundan başqa bu boykot həm də planetar məsələlərin müzakirəsinə edilir. Yəni göründüyü kimi Azərbaycanı hədəf gətirənlər etdikləri məsuliyyətsiz hərəkətin fəsadını görə bilmir.

Mönsüm Alışov, Pedaqoji elmlər doktoru, Professor

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 14 Noyabr 2024 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see285

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see277

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see226

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see217

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see216

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see213

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see205

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see199

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see199

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see190

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see189

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see178

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see175

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see163

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see158

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see155

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see155

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see153

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see153

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri