Icma.az bildirir, Newscenter.az portalına istinadən. Mətbuat həmişə cəmiyyətin aynası olub.Yüz illər əvvəl də,150 il əvvəl də,indi də.Hadisə
“Əkinçi “dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik” Bu fi
Böyük maarifçi,görkəmli ziyalı,publisist,təbiətşünas alim Həsən bəy Zərdabi tarixləşdirdi-1875-ci il iyul ayının 22-də.
Cəmiyyətin-fədailərin könül dünyasının mehrabı olan “Əkinçi” nin cəmi 56 sayı işıq üzü görsə də, bu qəzet cəmiyyətin tərəqqisinə, xalqın maariflənməsinə, ictimai-siyasi düşüncənin formalaşmasına misilsiz töhfələr verdi.
Həsən bəy Zərdabi ”Əkinçi “ ilə yalnız bir qəzet nəşr etdirmədi, həm də milli oyanışın təməlini qoydu.
Qəzetin xalq dili ilə, sadə və anlaşıqlı üslubda yazılması onu genış oxucu kütləsinə çatdırdı.Bu həm də Azərbaycan dilinin mətbuat dili kimi təşəkkül tapmasında mühüm mərhələ oldu.“Əkinçi”qəzeti o illərdə deyildiyi kimi,”qapandı “.
Qapanan “ Əkinçi “oldu,ideyaları, məramı,işığı yaşadıldı.Böyük ziyalı ,alim,yazıçı Mir Cəlal deyərmiş:”Biz yazıçılar,nasirlər,şairlər,publisistlər-hamımız “Əkinçi”dən, Mirzə Cəlilin “poçt qutusu”dan çıxmışıq.Bu gözəl kəlamın fəlsəfəsi deyir ki ,150 ilin jurnalistikası “Əkinçi” nin şinelindən çıxıb.İmperiya görürdü ki ,duyurdu ki, əhali maariflənir,ictimai-siyasi proseslərə bələd olur.Bu bələdlikdən çəkindi-xalqın potensialından çəkindi.Özünə təhlükə bildiyi “Əkinçi”ni bağladı.Artıq açıq mücadilə müstəvisində olan mətbu ideologiya yaşam mücadiləsində idi.Ötən əsrin əvvəllərində “Ziya”,”Ziyayi-Qafqaziyyə”,”Kəskül”,”Şərqi-Rus”,”Həyat” və başqa qəzetlər(və “Molla Nəsrəddin” jurnalı) nəşr olunmağa başladı.Bu qəzet və jurnallar milli mətbuatın bayrağını ucalara qaldırdı.
Bu nəşrlər sayəsində maarifçilik, milli ideya, mədəni irs, ictimai düşüncə, azadlıq və bərabərlik çağırışları geniş yayılmağa başladı.1896-cı ildən Həsən bəy Zərdabinin fəal iştirakı və kürəkəni Əlimərdan bəy Topçubaşovun redaktorluğu ilə rus dilində “Kaspi” qəzeti nəşrə başladı.”Kaspi” mövzu və ideologiya (məfkurə) baxımından “Əkinçi” nin başlıca istəklərinin icraçısı oldu...Azərbaycan mətbuatı dövrün mətbu şəbəkəsində kifayət qədər ehtiramlarla əhatələnməyə başladı.Azərbaycan imperiyanın tərkibində olanda da Azərbaycan mətbuatı milli ideologiyanın təbliğinin cəfakeşi idi.SSRİ dağılma ərəfəsində bu cəfakeşlik mücahidliklə əvəzləndi.