Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

İsrailə yeni qırıcılar verildi

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

İran rejimi legitimliyini itirir ŞƏRH

Azərbaycan mediası zəngin ənənələrə malikdir

Azərbaycan mediası zəngin ənənələrə malikdir

Icma.az bildirir, Newscenter.az portalına istinadən.


Mətbuat həmişə cəmiyyətin aynası olub.Yüz illər əvvəl də,150 il əvvəl də,indi də.Hadisələrin,faktların mahiyyətini söz müəyyənləşdirib; mətbuat söz vasitəsilə cəmiyyətə (beynalxalq ictimaiyyətə) ötürülən informasiyalar sistemidir.
Azərbaycanın milli mətbuat tarixi həm də Azərbaycanın tarixidir-mətbuat yaratma mücadiləsi dövlətçilik mücadiləsinin tərkib hissəsi olub.Böyük tarixi şəxsiyyət Heydər Əliyev bu haqda demişdir:”Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq,müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. “Əkinçi “dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik” Bu fikirlər, əslində , milli mətbuatın ictimai-mədəni həyatımızdakı yerini və əhəmiyyətini tam dolğunluğu ilə əks etdirir.
“Əkinçi”qəzeti Azərbaycanın mətbuat tarixində bir işıq,bir dönüş nöqtəsi oldu.“Əkinçi “ qəzeti mətbuatımızın Dan ulduzudu,həmin dövr üçün Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixləşdi. Böyük maarifçi,görkəmli ziyalı,publisist,təbiətşünas alim Həsən bəy Zərdabi tarixləşdirdi-1875-ci il iyul ayının 22-də. Cəmiyyətin-fədailərin könül dünyasının mehrabı olan “Əkinçi” nin cəmi 56 sayı işıq üzü görsə də, bu qəzet cəmiyyətin tərəqqisinə, xalqın maariflənməsinə, ictimai-siyasi düşüncənin formalaşmasına misilsiz töhfələr verdi. Həsən bəy Zərdabi ”Əkinçi “ ilə yalnız bir qəzet nəşr etdirmədi, həm də milli oyanışın təməlini qoydu. Qəzetin xalq dili ilə, sadə və anlaşıqlı üslubda yazılması onu genış oxucu kütləsinə çatdırdı.Bu həm də Azərbaycan dilinin mətbuat dili kimi təşəkkül tapmasında mühüm mərhələ oldu.
“Əkinçi”qəzeti o illərdə deyildiyi kimi,”qapandı “. Qapanan “ Əkinçi “oldu,ideyaları, məramı,işığı yaşadıldı.Böyük ziyalı ,alim,yazıçı Mir Cəlal deyərmiş:”Biz yazıçılar,nasirlər,şairlər,publisistlər-hamımız “Əkinçi”dən, Mirzə Cəlilin “poçt qutusu”dan çıxmışıq.Bu gözəl kəlamın fəlsəfəsi deyir ki ,150 ilin jurnalistikası “Əkinçi” nin şinelindən çıxıb.
İmperiya görürdü ki ,duyurdu ki, əhali maariflənir,ictimai-siyasi proseslərə bələd olur.Bu bələdlikdən çəkindi-xalqın potensialından çəkindi.Özünə təhlükə bildiyi “Əkinçi”ni bağladı.Artıq açıq mücadilə müstəvisində olan mətbu ideologiya yaşam mücadiləsində idi.Ötən əsrin əvvəllərində “Ziya”,”Ziyayi-Qafqaziyyə”,”Kəskül”,”Şərqi-Rus”,”Həyat” və başqa qəzetlər(və “Molla Nəsrəddin” jurnalı) nəşr olunmağa başladı.Bu qəzet və jurnallar milli mətbuatın bayrağını ucalara qaldırdı. Bu nəşrlər sayəsində maarifçilik, milli ideya, mədəni irs, ictimai düşüncə, azadlıq və bərabərlik çağırışları geniş yayılmağa başladı.
1896-cı ildən Həsən bəy Zərdabinin fəal iştirakı və kürəkəni Əlimərdan bəy Topçubaşovun redaktorluğu ilə rus dilində “Kaspi” qəzeti nəşrə başladı.”Kaspi” mövzu və ideologiya (məfkurə) baxımından “Əkinçi” nin başlıca istəklərinin icraçısı oldu...
Azərbaycan mətbuatı dövrün mətbu şəbəkəsində kifayət qədər ehtiramlarla əhatələnməyə başladı.
Azərbaycan imperiyanın tərkibində olanda da Azərbaycan mətbuatı milli ideologiyanın təbliğinin cəfakeşi idi.SSRİ dağılma ərəfəsində bu cəfakeşlik mücahidliklə əvəzləndi. Qəzetlərimiz Ermənistanın Azərbaycandan ərazi iddiasına qarşı söz mübarizəsinə başladı,mitinqlərin təşkilatı sisteminə daxil oldu. ”Səhər”,”Aydınlıq”,”Azadlıq” və s. kimi yeni mətbu orqanlar yarandı,yeni nəfəs,yeni söz bu dönməz mübarizənin tarixini yazdı.Azərbaycan mətbuatı imperiyanın qəddarlığından ucalıqlarda dayandı.O ucalıqlarda səslənən fikirlər Azərbaycan dövlətçiliyinin bərpasında mətbu söz oldu .
Azərbaycan mətbuatı Ermənistanın Azərbaycana qarşı ədalətsiz müharibəsinin də tarixini yazırdı. Döyüşlərdə yazırdı,döyüşlərdən yazmaqla Azərbaycan əsgərinin döyüş əzmindən,qələbə ruhundan yazırdı...
Birinci Qarabağ müharibəsində müstəqil Azərbaycanda ilk hərbi mətbuat yarandı-“Xalq Ordusu “, sonralar fəaliyyətini “Azərbaycan Ordusu“ kimi davam etdirdi,”Hərbi Bilik” jurnalı yaradıldı,müharibənin xronikasını yaratmaq üçün Müdafiə Nazirliyinin Hərbi kino-tele studiyası yaradıldı. Bunlar da vahid Azərbaycan mətbuatının mühüm tərkib hissələrindən biri oldu. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mətbuat xidməti və Hərbi Nəşriyyat,”Azərbaycan Ordusu” qəzeti İkinci Qarabağ müharibəsində döyüşlərdə A-3 formatında səyyar vərəqələr(əslində,qəzetlər) hazırlayır,onları döyüşlərdə döyüşənlərə çatdırırdılar.
Azərbaycanın dövlət müstəqilliyini bərpası ilə mətbuat da öz sözünü sərbəst deməyə başladı. İstər Ulu Öndər Heydər Əliyevin , istərsə də İlham Əliyevin rəhbərliyi ilə ölkədə mətbuatın inkişafı ilə bağlı olduqca gərəkli tədbirlər həyata keçirildi. 1998-ci ildə senzuranın tamamilə ləğvi, söz və məlumat azadlığının təmin olunması bu sahədə atılmış mühüm addımlardan biri oldu. Mətbuat Fondu yaradıldı, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu, Azərbaycanın Əməkdar jurnalisti fəxri adı təsis edildi, jurnalistlər üçün 2 yaşayış binası tikilib istifadəyə verildi, bir neçə jurnalist Milli Məclisdə təmsil olundu, Azərbaycanın Mətbuat Şurası yaradıldı.Azərbaycanda mətbuatın inkişafı dövlət siyasətinin tərkib hissəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan mətbuatına ehtiramını belə ifadə edir: “ Əllbəttə ki, mətbuatın fəaliyyəti hər bir insanı maraqlandırır. İnsanlar bütün məlumatı mətbuatdan alırlar. Ona görə hər bir ölkədə , o cümlədən Azərbaycanda mətbuat qərəzsiz fəaliyyət göstərməlidir. Insanları məlumatlarla tam şəkildə təmin etməlidir. Hesab edirəm ki, biz bunu Azərbaycanda görürük.Çünki bu gün Azərbaycan mətbuatı artıq yüksək səviyyəyə qalxıbdır. Mən həm operativlik, həm milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın fəaliyyətini yüksək qiymətləndirirəm “.
Milli Mətbuat Günü ilə bağlı Şuşada keçirilən ilk tədbirin zəngin ənənələrə malik Azərbaycan mediasının tarixində əlamətdar hadisə olacağını bildirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan mətbuatının inkişafı üçün müxtəlif istiqamətli tədbirlərin həyata keçirilməsini mətbuatın cəmiyyətə mənəvi inteqrasi səviyyəsinə çatdırıb. Milli mətbuatın inkişafına göstərilən dəstəyə görə Ulu Öndər Heydər Əliyev bir dəfə, cənab Prezident İlham Əliyev isə dəfələrlə “Yurnalistlərin dostu” mükafatına layiq görülmüşlər.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2021-ci il 12 yanvar tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında “ Fərmanı ilə Kütləvi İnformasiya Vasitələrinin Inkişafına Dövlət Dəstəyi Fondunun əsasında Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi yaradıldı. Bu Agentlik ölkəmizdə medianın inkişafı, mediaorqanlarının maliyyə müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, mütərəqqi layihələrin dəstəklənməsi ilə bağlı müxtəlif tədbirlər həyata keçirir. Bu dövlət qurumu olduqca gərəkli koordinasiyaedici bir sistemdir.
Bu gün Azərbaycan mediasının qarşısında duran əsas vəzifələr daha çox məsuliyyət, çeviklik və peşəkarlıq tələb edir. İnformasiya bolluğu dövründə etibarlı, obyektiv və məsuliiyyətli jurnalistikanın cəmiyyətimizdəki rolu heç vaxt indiki kimi yüksək olmamışdır.
İnanıram ki, Azərbaycan mediası milli maraqlara sədaqət, həqiqətə bağılılıq və xalqa xidmət amalı ilə əldə olunmuş uğurlarını daha da inkişaf etdirəcək, xalqımızın xoşbəxt gələcəyi üçün bundan sonra da öz səylərini əsirgəməyəcək, dünyəvi nüfuzunu daha da artıracaqdır.
Milli Mətbuat Günü münasibətilə ölkəmizin mediasında çalışan butün jurnalistləri səmimi-qəldən təbrik edir, hər birinə möhkəm cansağlığı, şərəfli fəaliyyətlərində bitib-tükənməyən yaradıcılıq uğurlar arzu edirəm.
Səbinə Xasayeva
Milli Məclisin deputatı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 21 İyul 2025 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see305

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see218

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see194

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see187

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see179

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see175

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see173

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see166

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see162

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see157

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see156

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see156

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see154

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see153

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see150

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see146

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see144

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see141

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri