Azərbaycan Mərkəzi Bankı kredit təşkilatını və onun vəzifəli şəxsini CƏRİMƏLƏDİ Yeni Gündəm

06.03.2025

Icma.az xəbər verir, Yenigundem saytına əsaslanaraq.

Azərbaycan Mərkəzi Bankı (AMB) “SF Azerbaijan” MMC bank olmayan kredit təşkilatını (BOKT) və onun vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib.

Bu barədə AMB məlumat yayıb.

Qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulduğu üzə çıxarılıb. Odur ki, İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci, 598.1.6-cı maddələrinə əsasən, BOKT və onun vəzifəli şəxsi Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə müvafiq olaraq 50 min manat və 10 min manat cərimə edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью