Azərbaycan Mərkəzi Bankı kredit təşkilatını və onun vəzifəli şəxsini CƏRİMƏLƏDİ Yeni Gündəm
Icma.az xəbər verir, Yenigundem saytına əsaslanaraq.
Azərbaycan Mərkəzi Bankı (AMB) “SF Azerbaijan” MMC bank olmayan kredit təşkilatını (BOKT) və onun vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib.
Bu barədə AMB məlumat yayıb.
Qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulduğu üzə çıxarılıb. Odur ki, İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci, 598.1.6-cı maddələrinə əsasən, BOKT və onun vəzifəli şəxsi Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə müvafiq olaraq 50 min manat və 10 min manat cərimə edilib.

Mərkəzi Bank 3 BOKTun vəzifəli şəxsini cərimələdi
16 Noyabr 2024 11:10
Azərbaycan Mərkəzi Bankı Turan Bank”ı və onun vəzifəli şəxsini cərimələyib
24 Yanvar 2025 16:37
Azərbaycan Mərkəzi Bankı “AzərTürk Bankın vəzifəli şəxsini cərimə edib
16 Noyabr 2024 10:15
Azərbaycan Mərkəzi Bankı 2 BOKTun vəzifəli şəxslərini cərimələdi
05 Noyabr 2024 10:00
