Azərbaycan mətbuatı yeni dövrün çağırışlarına cavab verməyə çalışır ŞƏRH EDİLDİ | Icma.az
Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Azərbaycan mətbuatı bu 150 il ərzində həm milli, həm də bəşəri dəyərlərin daşıyıcısı kimi çıxış etmiş, zaman-zaman ağır sınaqlardan keçmiş, lakin heç zaman öz əsas missiyasından – cəmiyyətə xidmət etmək amalından dönməmişdir.
Bu gün Azərbaycan mətbuatı yeni dövrün çağırışlarına cavab verməyə çalışır, rəqəmsal texnologiyaların sürətli inkişafı fonunda yenilənir və öz sözünü daha müasir formatlarda çatdırmağa çalışır".
Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyib.
Onun sözlərinə görə, mətbuatın bu tarixi missiyası qarşıdakı illərdə də davam edəcək və 150 illik zəngin təcrübə bu işdə möhkəm təməl olacaq: "Azərbaycan mətbuatının keçdiyi yola nəzər salsaq, bu inkişafda böyük xidmətləri olan şəxsləri minnətdarlıqla xatırlamalı və onları ehtiramla yad etməliyik.
Əgər müstəqil Azərbaycan mətbuatından danışırıqsa, burada mütləq Ümummilli liderin – Heydər Əliyevin adını çəkməliyik.
O, müstəqillik dövründə Azərbaycan mətbuatına göstərdiyi böyük diqqət və qayğı ilə bu sahənin inkişafına təkan verdi.
Ümummilli liderin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan mətbuatı sanki yenidən doğuldu, yeni bir nəfəs aldı.
Tam oxu
Xəbəri oxu