Icma.az
close
up
RU
Azərbaycan mətbuatı yeni dövrün çağırışlarına cavab verməyə çalışır ŞƏRH EDİLDİ

Azərbaycan mətbuatı yeni dövrün çağırışlarına cavab verməyə çalışır ŞƏRH EDİLDİ

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Azərbaycan mətbuatı bu 150 il ərzində həm milli, həm də bəşəri dəyərlərin daşıyıcısı kimi çıxış etmiş, zaman-zaman ağır sınaqlardan keçmiş, lakin heç zaman öz əsas missiyasından – cəmiyyətə xidmət etmək amalından dönməmişdir. Bu gün Azərbaycan mətbuatı yeni dövrün çağırışlarına cavab verməyə çalışır, rəqəmsal texnologiyaların sürətli inkişafı fonunda yenilənir və öz sözünü daha müasir formatlarda çatdırmağa çalışır". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyib.

Onun sözlərinə görə, mətbuatın bu tarixi missiyası qarşıdakı illərdə də davam edəcək və 150 illik zəngin təcrübə bu işdə möhkəm təməl olacaq: "Azərbaycan mətbuatının keçdiyi yola nəzər salsaq, bu inkişafda böyük xidmətləri olan şəxsləri minnətdarlıqla xatırlamalı və onları ehtiramla yad etməliyik. Əgər müstəqil Azərbaycan mətbuatından danışırıqsa, burada mütləq Ümummilli liderin – Heydər Əliyevin adını çəkməliyik. O, müstəqillik dövründə Azərbaycan mətbuatına göstərdiyi böyük diqqət və qayğı ilə bu sahənin inkişafına təkan verdi. Ümummilli liderin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan mətbuatı sanki yenidən doğuldu, yeni bir nəfəs aldı.

150 il əvvəl Həsən bəy Zərdabi tərəfindən yaradılan və qaranlıqlara işıq saçan Azərbaycan mətbuatı, yaranmasından 120 il sonra – yəni 30 il əvvəl, Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə yenidən dirçəliş dövrünü yaşamağa başladı. Ölkənin digər sahələri kimi, mətbuat da böhran keçirirdi və bu böhrandan çıxışda məhz Heydər Əliyevin rəhbərliyi mühüm rol oynadı. O, jurnalistlərin ən yaxın dostu idi. Mətbuat işçilərinə, onların sosial rifahına və peşəkar fəaliyyətinə göstərdiyi diqqət bu sahənin inkişafına xidmət edirdi. Azad sözün və azad düşüncənin formalaşması üçün şərait yaradıldı.

Məhz Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanda 500-dən çox mətbuat orqanı qeydiyyatdan keçdi, yeni televiziya kanalları yaradıldı. Azərbaycan mətbuatı, radiosu və televiziyası böyük bir inkişaf yolu keçərək beynəlxalq standartlara uyğunlaşmağa başladı. Bu müsbət, konstruktiv ənənə bu gün də davam etdirilir.

Cənab Prezident İlham Əliyevin də Azərbaycan mətbuatına göstərdiyi diqqət və qayğı nəticəsində bu sahə daha da inkişaf edir. Artıcıl şəkildə jurnalistlər üçün çoxmərtəbəli binalar inşa olunur, onların sosial vəziyyətinin yaxşılaşdırılması üçün mühüm addımlar atılır, sərəncamlar verilir. Bütün bunlar dövlətin mətbuata verdiyi dəyərin göstəricisidir. Eyni zamanda, bu dövlət qayğısı Prezident İlham Əliyevin Azərbaycan sözünə, qələminə, jurnalist peşəsinə və bu peşənin sahiblərinə olan böyük ehtiramını nümayiş etdirir. Azərbaycan jurnalistikası sağlam niyyətli, sağlam düşüncəli bir istiqamətdə inkişaf edir.

Azərbaycan jurnalistikası dövlətin və xalqın maraqlarına, ölkənin gələcək inkişafına xidmət edir. Jurnalistlərin qələmə aldıqları hər bir yazı cəmiyyətin birliyinə, ictimai fikrin formalaşmasına və gələcəyimizin işıqlı yollarla qurulmasına töhfə verir. 150 illik yubiley ərəfəsində bütün mətbuat işçilərini ürəkdən təbrik edir, onların bu şərəfli və məsuliyyətli peşədə gələcək fəaliyyətlərində uğurlar arzulayırıq. Müstəqil, suveren, azad Azərbaycanımızın uğurlarını işıqlandıracaq bu əhəmiyyətli peşənin nümayəndələrinə daim dəstək olmaq borcumuzdur".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://sia.az
archiveBu xəbər 04 İyun 2025 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see241

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see205

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see178

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see169

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see145

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see139

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see130

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see127

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri