Azərbaycan millisi qrupda sonuncu oyununa çıxır Avropa çempionatı

28.08.2026

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

Azərbaycan millisi qrupda sonuncu oyununa çıxır - Avropa çempionatı

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakıda təşkil olunan Avropa çempionatının C qrupunda bu gün sonuncu oyununa çıxacaq.

QOL.az xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu komanda Niderlandla üz-üzə gələcək.

Milli Gimnastika Arenasında keçiriləcək qarşılaşma saat 18:30-da başlanacaq.

Qrupun digər görüşündə Rumıniya İspaniyanı sınağa çəkəcək.

C qrupunun oyunlarına bu gün yekun vurulacaq. Hazırda Belçika yığması 13 xalla liderdir. Niderland 9 xalla ikinci, Azərbaycan millisi 8 xalla üçüncüdür. Portuqaliyanın 5, Rumıniyanın 3, İspaniyanın 1 xalı var.

Qeyd edək ki, reqlamentə əsasən, qruplarda ilk 4 yeri tutan komandalar Avropa çempionatının pley-off mərhələsinə vəsiqə qazanacaqlar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью