Azərbaycan millisi qrupda sonuncu oyununa çıxır Avropa çempionatı
Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakıda təşkil olunan Avropa çempionatının C qrupunda bu gün sonuncu oyununa çıxacaq.
QOL.az xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu komanda Niderlandla üz-üzə gələcək.
Milli Gimnastika Arenasında keçiriləcək qarşılaşma saat 18:30-da başlanacaq.
Qrupun digər görüşündə Rumıniya İspaniyanı sınağa çəkəcək.
C qrupunun oyunlarına bu gün yekun vurulacaq. Hazırda Belçika yığması 13 xalla liderdir. Niderland 9 xalla ikinci, Azərbaycan millisi 8 xalla üçüncüdür. Portuqaliyanın 5, Rumıniyanın 3, İspaniyanın 1 xalı var.
Qeyd edək ki, reqlamentə əsasən, qruplarda ilk 4 yeri tutan komandalar Avropa çempionatının pley-off mərhələsinə vəsiqə qazanacaqlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 28 Avqust 2026 11:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















