Azərbaycan millisi Rusiya ilə yoldaşlıq oyunları keçirəcək | Icma.az
Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycanın qadınlardan ibarət yığması Rusiya millisi ilə 2 yoldaşlıq oyunu keçirəcək.
QOL.az xəbər verir ki, bu barədə Rusiya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Noyabrın 24-dən dekabrın 3-dək Rusiyanın qadınlardan ibarət yığması Soçidə təlim-məşq toplanışında olacaq.
Bu toplanış çərçivəsində onlar Azərbaycan millisi ilə 2 oyun keçirəcəklər. İlk matç noyabrın 28-də “Fişt” stadionunda olacaq.
2-ci görüş isə dekabrın 2-də “Soçi” klubunun məşq bazasında oynanılacaq. Matçlar Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qeyd edk ki, Azərbaycanın qadınlardan millisi hazırda FİFA reytinqində 75-ci pillədə qərarlaşıb.
Rusiya və Azərbaycan komandaları əvvəllər 2 dəfə üz-üzə gəliblər.
Tam oxu
Xəbəri oxu